Əsgərlər üçün bayram tədbiri keçirilib
27 May 2016 12:11 SosialAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində "28 May-Respublika Günü" münasibətilə bayram tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Mülki Müdafiə Qoşunlarının komandanlığının şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi polkovnik Ayaz Əliyev, hərbi hissənin komandiri polkovnik Rauf Əhmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, komandanlığın bölmə rəisi mayor Bəxtiyar Rəhimov, hərbi hissənin komandir müavini polkovnik-leytenant Zabil Əliyev, tarixçi pedaqoq Ramal Alıyev və hərbi hissənin şəxsi heyəti iştirak ediblər. Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, hərbi hissənin komandiri polkovnik Rauf Əhmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək hərbçiləri "28 May-Respublika Günü" münasibətilə təbrik ediblər. Çıxışlardan sonra "28 May-Respublika Günü" münasibətilə və hərbi xidmətdə fərqləndiyinə görə bir qrup əsgər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.