Küveytin aparıcı KİV nümayəndələri ölkəmizdə səfərdədir
27 May 2016 12:08 SosialÖlkəmizin zəngin turizm potensialının Küveyt dövlətində təbliği məqsədilə 26-30 may 2016-cı il tarixində Küveyt Dövlətinin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət qrupun ölkəmizə tanışlıq səfəri təşkil edilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, səfər Azərbaycan Respublikasının Küveytdəki Səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində fəaliyyət göstərən turizm nümayəndəliyi "Atlantis Holidays" şirkətinin təşkilatçılığı cari ilin 26 - 30 may tarixlərində baş tutur. Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə 03 - 07 aprel 2016-cı il tarixlərində Küveyt Dövlətinin Əl-Küveyt şəhərinə səfər həyata keçirilmişdir. Səfərin yekunu olaraq, Küveyt Dövlətində ölkəmizin turizm potensialının tanıdılması məqsədilə "Al Jarida", "Al Nahar", "Al Anbaa", "Al Rai" qəzetlərinin nümayəndələri iştirak edir. Səfər çərçivəsində KİV nümayəndələrinin paytaxt Bakı ilə yanaşı, Qəbələ və Şəki rayonlarına səfərləri planlaşdırılır. Qeyd etmək lazımdır ki, ötən il ərzində ölkəmizə orta şərq ölkələrindən 9300 nəfərdən çox turist səfər edib. Bu isə 2014-cü illə müqayisədə 4000 nəfərdən çox artım deməkdir.