Azərbaycan "Formula-1" Avropa Qran-prisində davamlı rabitəni təmin edəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisində telekommunikasiya xidmətlərinin fasiləsiz işini təmin etmək üçün işçi qrupu yaradıb. Trend-in məlumatına görə, bunu Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "The Business Year" jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, "Formula -1" yarışlarında mobil rabitə xidmətləri, məlumatın ötürülüməsi və digər xidmətlərin davamlılığı təmin ediləcək. Yarışlar, həmçinin internet və "Azerspace-1" telekommunikasiya peyki vasitəsilə yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00