“Multikulturalizm uşaqların gözü ilə”

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının inzibati binasında "Multikulturalizm uşaqların gözü ilə" adlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbir Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzi, Xətai Rayon İcra Hakimiyyəti və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə hazırlanıb. Tədbirin keçirilməsində məqsəd insanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət və onlar arasında mədəni əlaqələrin yaradılmasıdır. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək bildirdi ki, ölkə başçısının sərəncamına ilə 2016-cı il "Multikulturalizm ili" elan olunub. Bu istiqamətdə rayonda mütəmadi olaraq tədbirlər keçirilir. Bugünkü tədbir də məhz multikulturalizm mövzusuna həsr olunub. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi. Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun tezliklə azad olunacağına əminliyini bildirdi. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00