Dövlət Himninin sözlərindən ibarət qiraət müsabiqəsi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "28 may - Respublika günü"nə həsr olunmuş orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Respublikası Dövlət Himninin sözlərindən ibarət qiraət müsabiqəsi keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Dövlət Himninin sözlərinin şagirdlər arasında geniş təblig edilməsi, "28 may - Respublika günü"nün qeyd edilməsi, istedadlı gənclərin şeir ifası sahəsində öz istedadlarını nümayiş etdirməsi üçün şəraitin yaradılması, gənc nəsildə doğma vətənə sevgi, məhəbbət hisslərinin, milli vətənpərvərlik ruhunun gücləndirilməsi, ədəbiyyat sahəsində istedadlı gənclərin üzə çıxarılmasından ibarət idi. Nəticələrə gorə I yerə 7-11 yaş qrupu arasında 76 saylı məktəbin şagirdi Aliyə Həsənova ,12-14 yaş qrupu arasında 140 saylı məktəbin şagirdi Xanım Məcidova, 15-17 yaş qrupu arasında 97 saylı orta məktəbin şagirdi Pərixanım Məmmədli layiq görülüb. I, II və III yerləri tutmuş şagirdlər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə ilə təltif olundular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00