Uşaqları məhvə aparan xəstəlik
Leykozla necə mübarizə aparmaq olar?
26 May 2016 13:11 SosialSon illər ən çox müşahidə edilən xəstəliklərdən biri də leykoz-qan xərçəngi xəstəliyidir. Təssüflər olsun ki, ölkədə leykoz xəstələrinin sayı ildən-ilə artır. Baxmayaraq ki, bu mənfi tendensiyaya qarşı ölkə səviyyəsində ciddi iş görülür, lakin xəstəlikdən əziyyət çəkən şəxslərin vaxtında müayinə olunmaması və müalicə edilməməsi xəstəliyin yayılmasına gətirib çıxarır. Məlumat üçün qeyd edək ki, xəstəliyin vaxtında müalicəsi aparılsa, uşaqların sağalma göstəricisi 90-92 faiz olar. Xəstəliyin ömürlük sağalma ehtimalı isə 75 faizdir.
Həkim Füzuli Hüseynov deyir ki, leykoz xəstəliyi çox ağır və üzücü bir xəstəlik olub, əsasən uşaqlarda qeydə alınır və belə uşaqların sifətlərinə baxanda insanın içindən bir sızıltı keçir: "Leykoz sümük iliyinin xəstəliyi sayılır. Zaman-zaman ağ qan hüceyrələri olan leykosotlər çoxalır, qırmızı qan hüceyrəsi olan eritrositlər isə azalır və sonda xəstələrdə tamamilə qırmızı qanın yoxluğu ilə nəticələnir. Leykoz xəstələrində başqa bir problem isə qanı laxtalandıran trombositlərin azalması və sonda qanın laxtalanma qabiliyyətinin tamam itməsi ilə nəticələnir. Bu xəstəlik haqqında ədəbiyyatlarda və internetdə kifayət qədər məlumatlar var". Bəs bu xəstəliyin təbii vasitələrlə müalicəsi mümkündürmü? Yaxud xəstəliyi bitgilərlə müalicə edən zaman əsas etibarilə nələrə diqqət yetirilməlidir?. Füzuli Hüseynov deyir ki, birincisi, bu xəstəlik zamanı qırmızı qan kürəcikləri məhv olur və qan laxtalanmır: "Bunun qarşısını almaq üçün ən təsirli vasitə təzə gicitkən şirəsidir. Təzə gicitkən şirəsinin tərkibindəki K vitamini həm yeni qan əmələ gətirməni sürətləndirir, həm də onun zəngin mineralları və vitaminləri vardır. İkincisi, qırmızı çuğundurdan istifadə etmək olar. Qırmızı qan kürəciklərinin əmələ gəlməsində bu tərəvəz əvəzsizdir. Ondan bu şəkildə də istifadə etmək mümkündür. Belə ki, hər ikisinin birlikdə şirəsi çəkilib gündə 200 qram səhər tezdən ac qarına içilməlidir. 2 ay içilməli 1 ay fasilə verilməli və yenə davam etdirmək lazımdır. Bir şeyi də nəzərə almaq lazımdır ki, bəzən uşaqlar çuğundurun dadına görə onu çox qəbul edə bilmirlər. Belə olan halda hər 2-3 gündən bir təzə gicitkəni kök və ya balqabaq şirələri ilə qarışdırıb uşaqlara vermək məsləhətdir". Həkim Füzuli Hüseynovun sözlərinə görə, gicitkən şirəsi həm də ona görə faydalıdır ki, qanı laxtalandırır: "Bu xəstəlikdə isə həm də qan laxtalanmır. Qeyd edilən xəstəliyə qarşı faydalı qidalardan biri də arı məhsullarıdır. Məsələn 100 qram çiçək tozu, 10 qram arı südü, 30 qram propolis və 500 qram bal bir-birinə qarışdırılmalı, hər gün ac qarına 1 xörək qaşığı 1 stəkan çiy suya qarışdırılıb içilməlidir. Leykoz zamanı bu dərman bitkilərinin də içilməsi faydalıdır. Belə ki, bu bitkilər həm güclü antioksidantdır, hansıki xərçəngin əmələ gəlməsində mənfi hüceyrələrin artıb çoxalmasının qarşısını alır, həm də immun sistemini gücləndirir və iltihab əleyhinə təsir göstərir. Müalicə əsasən 3 bitki qarışımı ilə aparıla bilər. Bunlardan 2 bitki daimi olacaq 3-cü bitki isə hər 10 gündən bir dəyişdirilir. Məsələn 300 qram ud hindi ilə 150 qram quş əppəyini toz formasına salıb, bir-birinə qarışdırılır, 3 litrlik şüşə balona tökülür və balonun ağzı bağlanır ki, hava keçirməsin. Sonra hər 10 gündən bir bu qarışımdan 20 çay qaşığı götürüb 1 kiloqramlıq şüşə bankaya tökülür. Qarazirə, Qızılçətir, Boymadərən, Yovşan, Gülümbahar, Zəncirotu, Bibəriyyə kimi bitkilərin hər 10 gündən birini üyüdüb toz formasına salır və 10 çay qaşığı bu tozdan götürüb ud hindi ilə quşəppəyi tökülmüş 1 kiloluq şüşə bankada qarışdırırlar. Bu qarışıq gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı (uşaqlar yarım çay qaşığı) 1 stəkan qaynar suya qarışdırılır, 5 dəqiqə sonra 1 çay qaşığı bal qarışdırılaraq içilir. Məsələn: 10 gün ud hindi quşəppəyi və qarazirə qarışımlı çay içilməli, sonrakı 10 gündə isə qarazirənin yerinə qızılçətir istifadə olunmalı, sonra boymadərən yuxarıda qeyd etdiyim ardıcıllıqla müalicə davam etməlidir. Leykoz ciddi bir xəstəlik olduğundan müalicəni həkiminizlə məsləhətləşmədən aparmayın"
Kamal