Azərbaycan nümayəndə heyəti İrana gedib
26 May 2016 12:10 Sosialİqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə dair müzakirələr aparılacaq, Azərbaycan nümayəndə heyəti Şimal-Cənub dəhlizinin bir hissəsi olan və hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxış keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00