Siyasət

Vaqif Bayramov Prezidentin fəxri diplomu ilə təltif edilib

10 Fevral 2017 18:45

Prezident İlham Əliyev Vaqif Bayramovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli Televiziya və Radio Şurasının üzvləri təyin edilib

10 Fevral 2017 18:41

Prezident İlham Əliyev Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrıldı

10 Fevral 2017 18:39

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mstislav Rostropoviçin 90 illik yubileyi keçiriləcək

10 Fevral 2017 18:36

Prezident İlham Əliyev Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 2017-ci ildə dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ xalq artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Leopoldoviç Rostropoviçin anadan olmasının 90 illiyi tamam olur.

İlham Əliyev İran Prezidentini təbrik edib

10 Fevral 2017 18:30

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Lapşin İsrail səfirliyinin əməkdaşları ilə görüşdü

10 Fevral 2017 17:54

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin fevralın 10-da vətəndaşlığını daşıdığı İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşüb.

Xain adamın irqçi, sərxoş oğlu: Arif Məmmədov və oğlunun "macəra"ları

10 Fevral 2017 17:25

Bu ifadələr Arif Məmmədova məxsusdur. 53 yaşlı adama, 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olmuş insana.

Rusiya səfiri: “Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşdırılması üçün səylərimizi davam etdirəcəyik”

10 Fevral 2017 15:41

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək".

Hərbi icmalçı: “Rəsmi Bakı sərt mövqe nümayiş etdirməlidir”

10 Fevral 2017 15:31

“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunmasında ən vacib məqam vətəndaşı olduğu ölkələrin eksdradisiya məsələsinə loyal və anlaşılan münasibət bəsləmələri oldu. Bu Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi deməkdir”. Bunu hərbi siyasi icmalçı Ramil Məmmədli deyib.

Toğrul Allahverdili : “Seperatçı rejim bloggerin müdafiəsində hər cür yola əl ata bilərdi”

10 Fevral 2017 15:29

“Üç dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşinin  Azərbaycanın işğal olunmuş ərazilərində səfər etməsi Azərbaycan qanunvericiliyinə, və beynəlxalq hüquq normativlərinə zidd  idi”. Bunu Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Polkovnik Manuxin: "Ermənilər itkiləri açıqlasalar, bütün müdafiə zolağı dağıla bilər"

10 Fevral 2017 15:28

Azərbaycan Ordusunun təxribatlara cavab olaraq endirdiyi zərbələr nəticəsində ermənilərin itkilərin həddən artıq çoxdur. Bunu dəfələrlə demişəm, onlar bunu mütləq gizlədəcəklər. Çünki əgər onlar bunu gizlətməsələr və açıq elan etsələr, təsəvvür edirsinizmi İrəvanda, eləcə də Qarabağda da hansı etiraz dalğası başlaya bilər? Bunu hamı gözəl başa düşür və həmişə də susurlar.

Lapşin erməni siyasətinin qurbanıdır

10 Fevral 2017 14:53

İkili vətəndaşlığa mənsub Aleksandr Lapşinin Azərbaycana gətirilməsi Ermənistan cəmiyətində əməlli-başlı şok effekti yaradıb. Artıq erməni ictimaiyyətində belə bir fikir formalaşıb ki, Serj Sərkisyan təkcə döyüş meydanında deyil, eləcə də diplomatik savaşda da Azərbaycan prezidenti İlham Əliyevə uduzmaqdadır. Təbii ki, Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisi ərəfəsində cəmiyyətdə belə bir fikrin formalaşması Sərkisyanın hakimiyyətinin sonu deməkdir. Bu amili nəzərə alan işğalçı dövlətin prezidentinin Azərbaycana qarşı təxribat xarakterli planlar hazırlaması istisna deyil.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 35-ci cildi çapdan çıxıb

10 Fevral 2017 13:54

"Dünyada müxtəlif vaxtlarda baş vermiş dəhşətli terror hadisələri göstərir ki, nə qədər güclü olmasına baxmayaraq, heç bir ölkə təkbaşına öz təhlükəsizliyini təmin edə bilməz. Terrorçuluğa, beynəlxalq cinayətkarlığa və digər xoşagəlməz hadisələrə ancaq o təqdirdə təsir etmək olar ki, bütün ölkələr bu işdə birgə fəaliyyət göstərsin. Beynəlxalq terrorçuluğa qarşı mübarizənin gücləndirilməsi ancaq bütün ölkələrin birgə səyləri nəticəsində baş verə bilər. İndi cinayətkarlığın yeni növləri üzə çıxır. Əfsuslar olsun ki, cinayətkar aləm də müəyyən dərəcədə elmi-texniki tərəqqinin imkanlarından istifadə edərək, cinayətkarlığın yeni üsullarını ortaya qoyur və biz buna hazır olmalıyıq".

PA rəsmisi: Aprel döyüşləri ilə bağlı Avropa Məhkəməsinə göndərilən 700 iş icraata götürülüb

10 Fevral 2017 13:40

“Dağlıq Qarabağda ermənilər tərəfindən cinayətlər törədilib. Bu cinayətlər hələ də davam edir”. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.