Siyasət

Bəşəriyyət əleyhinə cinayət

24 Fevral 2017 15:56

rmənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. 

Maydan hadisələrindən keçən 3 il və Krımın işğalına yol açan səbəblər

24 Fevral 2017 15:54

Ukraynada baş verən Maydan hadisələrinin 3 ili tamam olur. Ötən 3 il Ukrayna üçün heç də uğurlu oldu desək, yanlışlığa yol vermiş olarıq. Belə ki, Maydan hadisələri fonunda baş verən sonrakı proseslərin nəticəsi olaraq bu ölkənin ərazi bütövlüyü pozuldu, turizm bazası hesab edilən Kırım Rusiya tərəfindən zəbt edildi. Hələ də Ukrayna bu hadisələrin acı bədəlini ödəməkdədir. Bəs görəsən ekspertlər Maydan hadisələrini necə xarakterizə edir və ötən 3 il ərzində Ukraynada yaşananları necə qiymətləndirirlər?

İşğalçı ölkə aprel döyüşlərindən nəticə çıxarmayıb

24 Fevral 2017 15:52

Azərbaycanın beynəlxalq nüfuzunun artması Ermənistanda ciddi narahatçılıq yaradıb. Əlini hər tərəfdən üzən işğalçı dövlət çıxış yolu kimi təxribata əl atıb. Artıq bir neçə gündür ki, xəbhənin təmas xəttində erməni təxribatı qeydə alınmaqdadır. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini pozmaqda davam edirlər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötəm gün Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi

24 Fevral 2017 15:50

Oqtay Əsədov: “XX əsrdə ermənilər yüz minlərlə azərbaycanlını qətlə yetirib” Milli Məclisin fevralın 23-də keçirilən plenar iclası Xocalı soyqırımına həsr olunub. Spiker Oqtay Əsədov bildirib ki, 1992-ci il fevralın 25-dən 29-na keçən gecə erməni şovinistləri öz himayardarlarının və havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı soyqrım törədib: “Ötən əsrdə ermənilər yüz minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirib. İrəvan, Göyçə, Zəngəzur və digər yerlərdə qətliamlar törədiblər. Həmçinin Qarabağda əsasız olaraq status əldə ediblər. XX əsrdə Qərbi Azərbaycandan bir milyondan çox insan qovulub”.

Azərbaycan Cəbrayıl, Füzuli və Agdamın bir çox kəndləri azad edə bilər

24 Fevral 2017 15:42

Ermənistan cəbhə bölgəsində və dövlət sərhəddi istiqamətində atəçkəsi pozmaq, diversiya təxribatları həyata keçirməklə, vəziyyəti gərginləşdirməyə və danışıqlar prosesini əngəlləməyə çalışır. “OLAYLAR”-ın xəbərinə gör, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın bu avantürası rəsmi Kremldən idarə olunur.

Mahmud Əli Yusuf: “Xocalı faciəsi ilə bağlı qətnamənin qəbulu Cibutinin mövqeyinin açıq göstəricisidir”

24 Fevral 2017 15:14

“Xocalı faciəsi ilə bağlı qətnamənin qəbulu Cibutinin münaqişəyə dair mövqeyinin açıq göstəricisidir”. Bunu Cibuti xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Bahar Muradovadan Zeynəb Xanlarovaya cavab:"Siyasəti siyasətçilər danışmalıdır”

24 Fevral 2017 15:05

Vitse-spiker Bahar Muradova parlamentin Xocalı soyqırımı ilə bağlı müzakirələrdə həmkarı Zeynəb Xanlarovanın çıxışına reaksiya verib. “Olaylar”ın xəbərinə görə, o, qeyd edib ki, bu yaxınlarda mətbuatda oxuyub ki, Z. Xanlarova da Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub : “Mən bunu alqışlayıram. Hesab edirəm ki, sizin fikirləriniz sülh prosesinin içində də olmalıdır. Amma siyasəti siyasətçilər danışmalıdırlar. Hərbi işi də hərbçilər görməlidir. Mən başa düşürəm ki şəhidlərimiz olur. Ancaq biz tariximizi də unutmamalıyıq. Bu cür soyqırımlar haqqında da indi də danışmalıyıq, torpaqlarımız alınandan sonra da”.

Zeynəb Xanlarova: “Hər gün ölməkdənsə birdəfəlik ölmək lazımdır”

24 Fevral 2017 15:03

“Neçə illərdir ki, bu məclisdən hamı çıxış edir. Bu çıxışlar hara gedir? Nə qədər özümüz deyib özümüz eşidəcəyik ki? Mənim torpağım alınıb, mən niyə dayanmalıyam? O illərdən bu yana nə qədər şəhidlər gedib. Bir dəfəlik müharibə edək”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Zeynəb Xanlarova parlamentin bu gün keçirilən iclasında deyib.

Oqtay Əsədov: ” Artıq ağlaşma yaratmayacağıq”

24 Fevral 2017 15:02

“Erməni obrazını ən gözəl şəkildə dahi rus şairi Puşkin yaradıb. O deyib: “Tı vor, tı trus – tı armyanin!”. “Olaylar” xəbər verir ki, bunu Xocalı faciəsinin 25 illiyi ilə bağlı Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib. Spiker Ermənistanı nəzərdə tutaraq qeyd edib ki, arxalı köpək qurd basar: “Erməni obrazı ilə bağlı demək istəyirəm ki, arxalı köpək qurd basar – atalar belə deyib. Zaman da göstərdi ki, bizim özümüz özümüzə dayağıq. Ağlaşma obrazı yaratmayacağıq”.

Bayram Səfərov: “Ermənilərlə qonşu olmağa məcburuq”

24 Fevral 2017 14:18

"Biz ermənilərlə qonşu olmağa məcburuq. Amma bizim gənclərimiz ermənilərin xalqımızın başına gətirdikləri faciələri unutmamalı, Qarabağın tarixini dərindən öyrənməlidir".

Cibuti XİN rəhbəri: “Azərbaycan beynəlxalq arenada nüfuzunu artıran ölkədir”

24 Fevral 2017 14:16

“Azərbaycanla Cibuti arasında əməkdaşlıq ötən əsrin 90-cı illərindən başlayıb. O zaman Cibuti 4 qətnamənin qəbulunda Azərbaycana dəstək verib”.  Bunu Cibuti xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycan XİN rəhbəri: “Qarabağ danışıqlarında optimist deyiləm”

24 Fevral 2017 14:15

“Təəssüf ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmıram. Ermənistanlı həmkarım da çıxışlarında yer qoymur ki, nə isə müsbət bir şey müzakirə edək”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Xocalı soyqırımın tanıdılması istiqamətində böyük işlər görülüb”

24 Fevral 2017 13:42

Olaylar.az xəbər verir ki, Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva belə deyib. Q.Paşayeva təklif edib ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın daha geniş miqyasda tanıdılması üçün Azərbaycan hər bir dövlətə ayrı-ayrılıqda müraciət etməlidir: “Hər bir türk dövlətinə ayrı-ayrılıqda müraciət edilməlidir ki, azərbaycanlılar türk olduqları üçün ermənilərin soyqırımına məruz qalıblar. Hər bir müsəlman dövlətinə müraciəıt etməliyik ki, azərbaycanlılar müsəlman olduqları üçün ermənilərn tərəfindən öldürülüblər. Həmçinin xristian dövlətlərinin hər birinə ayrıa-ayrılıqda müraciət etməliyik ki, ermənilər bu soyqırımı xristianlıq adı altına reallaşdırıblar, bununla bu dinə ləkə atıblar”.