Prezident İlham Əliyevin Saatlı rayonuna səfəri
28 Mart 2017 10:43 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gəlib.
AZƏRTAC bildirir ki, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verdi.
X X X
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq "Sarıcalar" yarımstansiyasının açılışında iştirak edib.
X X X
Martın 28-də Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Milli.Az AZƏRTAC-a istinadən b