Siyasət
Ekspert: "Azərbaycan İslam dünyasında və beynəlxalq aləmdə söz sahibinə çevrilib"
Bildiyimiz kimi, iki ay sonra Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu ərəfələrdə ölkə Prezidenti İlham Əliyevin İslam ölkələrinə, eləcə də Körfəz ölkələrinə səfərləri özündə bir çox mühüm məqamları əks etdirir. Bu mənada, cənab Prezidentin qonşu İrana səfəri və orada keçirdiyi görüşlər birmənalı olaraq Azərbaycanın regionda oynadığı əhəmiyyətli rolun - ölkəmizin və bilavasitə dövlət başçımızın yüksək nüfuzunun İslam dünyasında mövcud göstəricisidir.
Cənubi Qafqazda təhlükəsizliyə ciddi maneə
“Moskvanın ikibaşlı Qarabağ siyasəti Cənubi Qafqazda təhlükəsizliyə ciddi maneədir”. Bu fikirləri “OLAYLAR”–a Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bu Rusiyanın regionda millətlərarası münaqişənin qızışdırılması, etnik separatizmin alovlandırılması ilə, öz təsir rıçaqlarını saxlamağa hesablanmış siyasətinin tərkib hissəsidir: “Moskvanın regionda hərbi forpostu olan Ermənistan, Rusiyanın imperiya ambisiyalarını həyata keçirməkdə bir vasitədir.
“Ermənistan cəbhədə təxribatlardan o tərəfə keçməyə cəsarət etməyəcək”
“Ermənistan cəbhədə təxribatları davam etdirir. Amma Ermənistan müstəqil dövlət deyil ki, qərar verib hərbi əməliyyatlara başlasın”. Bunu millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, bu əməliyyatlarla bağlı əmri Ermənistana onun sahibləri verə bilər: “Sahiblərinin isə hələlik başı qarışıqdır. Ukraynada böhran bitməyib, Suriyada əməliyyatlar davam edir. Ona görə də Qarabağda hansısa yeni bir hərbi toqquşma Qərblə münasibətlər müəyyənləşməyənə qədər gözlənilmir. Hər şey Qərblə Rusiyanın münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq”.
Ermənistanın yeni ərazi iddiaları nəyə hesablanıb?
“Ermənistanda ənənəvi olaraq seçki ərəfəsində hərbi ritorika güclənir və mütəmadi olaraq nəinki Azərbaycana, eyni zamanda digər qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirlər. Hətta vaxtilə Sarkisyan tərəfindən Türkiyəyə qarşı da ərazi iddiaları dilə gətirilmişdi”. Bunu siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
Deputat: “Azərbaycanla İran arasında dostluq münasibətləri regiona böyük fayda verir”
“Azərbaycan qonşuları ilə yüksək səviyyədə əlaqələr qurur, əməkdaşlığı genişləndirir. Bu əməkdaşlıq regionda sabitliyin təmin olunması, iqtisadiyyatın inkişafına xidmət edir. Azərbaycan Prezidentinin İran İslam Respublikasına səfəri də bu baxımdan böyük əhəmiyyətə malikdir”. Bunu millət vəkili Azər Badamov deyib.
Serj Sərkisyanın Azərbaycan təhdidi
Cəbhədə yol verdiyi təxribatlardan sarsıdıcı zərbə alan Ermənistan prezidenti Serj Sərkisyan çoxsaylı əsgər ölümünə qarşı daxildə artan narazılığı yoluna qoymaq üçün növbəti dəfə ictimai rəyə hesablanmış cəhdlərə əl atıb. Erməni cəmiyyətini aldatmaq, onu ruhlandırmaq məqsədi daşıyan bu cəhddə isə məqsəd aprel ayına qədər ölkədə xalq kütlələrinin narazılığını, kütləvi aksiyaları önləmək və beləliklə parlament seçkilərində hakim partiyanın qələbəsinə nail olmaqdır. Maraqlıdır ki, Sərkisyanın ictimaiyyəti aldatmaq, onu ruhlandırmaq siyasətinə işğalçı ölkənin prezidentinin yaxın ətrafı da qoşulub. İlkin formalaşdırılan mövqe isə ondan ibarətdir ki, Ermənistan yaxın vaxtlarda istər keçən ilin apreli, istərsə də bu ilin fevral ayının son günlərində üzləşdiyi acı məğlubiyyətin əvəzini çıxacaq. Həm Ermənistan prezidenti Serj Sərkisyan, həm də onun yaxın ətrafı son günlər verdikləri açıqlamalarda İrəvanın hücum etmək məcburiyyətində qaldığını söyləyib.
XİN: "Tərəfdaşlığın inkişafında əsas rolu ölkə rəhbərlərinin müntəzəm görüşləri oynayır"
Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafında həlledici rolu ölkə rəhbərlərinin və hökumət nümayəndələrinin müntəzəm görüşləri oynayır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovazərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı deyib.
Azərbaycan XİN: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması üçün potensial mövcuddur
Bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır, ötən 25 il ərzində ölkələr arasındakı qarşılıqlı münasibətlər ciddi çətinliklərə və sarsıntılara məruz qalmayıb.
ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana gələcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər. Bunu Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov deyib. O, digər həmsədrlərlə bərabər bu həftə ərzində Azərbaycanda səfərdə olacaqlarını açıqlayıb.
Politoloq: "Azərbaycan İranla bağlı ağıllı siyasət həyata keçirir"
“Azərbaycan prezidentinin İrana səfəri uğurlu və əhəmiyyətli idi”. Bunu politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, iki ölkə arasında dəmiryolu xətti ilə bağlı yeni imzalanan müqavilə göstərir ki, Azərbaycanın İranla bağlı ağıllı, uğurlu və gələcəyə hesablanan strateji siyasət həyata keçirir: “Ölkə başçısının son səfəri də bu siyasətin davamıdır. Ümumiyyətlə, İran Azərbaycanla qonşu dövlət olmaqla yanaşı, ölkəmizlə əməkdaşlıq edir. Bundan əlavə, soydaşlarımızın ən böyük hissəsi İran ərazisində yaşayır”.
Prezident: “Son vaxtlar Britaniya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna daha çox maraq göstərir” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əli Həsənov: "Mehman Hüseynov konkret cinayət əməlinə görə məhkum olunub, onun həbsini siyasiləşdirmək yolverilməzdir"
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar, təşkilatlar tərəfindən Azərbaycan hakimiyyətinə ünvanlanmış çağırışlara münasibət bildirib.
Siyasi şərhçi: “Bəzi qonşularımız bunu düzgün dəyərləndirə bilmir”
“İran Azərbaycanın qonşusudur. Təbii ki, bizim dövlətimiz bütün qonşularla, o cümlədən İranla dost münasibətlərinə üstünlük verir. O baxımdan cənab Prezidentin səfəri önəmlidir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Politoloq: “Separatçı rejimə silah satanlar beynəlxlaq məhkəməyə verilməlidir”
“Qondarma Dağlıq Qarabağ respublikası de fakto Ermənistan tərəfindən idarə olunsa da, özlərini müstəqil dövlət kimi qələmə verməyə çalışırlar. Bütün beynəlxalq qurum və təşkilatlar təbii olaraq bu rejimin müstəqilliyini tanımayıb. Əksinə, bütün beynəlxalq razılaşmalarda və sənədlərdə Dağlıq Qarabağ hüquqi olaraq Azərbaycan əraziləri kimi göstərilir. Lakin araşdırılması və hüquqi qiymət verilməsi gərəkli olan bir məsələ var”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Mövlud Çavuşoğlu almaniyalı həmkarı ilə əlaqə saxlayıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı baş tutub. Telefon danışığı dünən axşam saatlarında Almaniya tərəfinin təşəbbüsü ilə gerçəkləşib.














