Siyasət

Rusiyalı politoloq Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

16 Mart 2017 17:17

Rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Rusiya təhlili" nəşrinin baş redaktoru Yevgeni Mixaylov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat verib.

Prezident İlham Əliyev Latviya Prezidenti ilə görüşüb

16 Mart 2017 17:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 16-da Latviya Respublikasının Prezidenti Raymond Veyonis ilə görüşü olub. 

İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb

16 Mart 2017 16:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.  Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.

"Transatlantik münasibətlərinin gələcəyi: Siyasi realizmə qayıdış" II PANEL

16 Mart 2017 16:10

V Qlobal Forumun çərçivəsində "Transatlantik münasibətlərinin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda panel keçirilib. Panelə ABŞ IN CNN telekompaniyasının siyasi analitik və aparıcısı Fareed Zakaria moderatorluq edib.

Putin: "Rusiya vasitəçi kimi maksimum səylər göstərməyə hazırdır"

16 Mart 2017 16:00

"Rusiya regional münaqişələrin nizamlanması üçün vasitəçi kimi maksimum səylər göstərməyə hazırdır". Bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlət səfirlərinin etimadnamələrini təqdimetmə mərasimində çıxışı zamanı deyib.

Əmr Musa: "Hamımız ehtiyatlı olmalıyıq, gələcək naməlumdur"

16 Mart 2017 15:42

"Sonuncu prezident seçkilərindən sonra ABŞ kimi super güc kimi hələ özü öz siyasətini müəyyənləşdirməyib. Biz hamımız ehtiyatlı olmalıyıq. Çünki gələcək naməlumdur". Bunu Ərəb Liqasının sabiq baş katibi Əmr Musa V Qlobal Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.  

Regionda yeni əməkdaşlıq imkanları

16 Mart 2017 15:33

Son vaxtlar Azərbaycanın siyasi və iqtisadi sahədə daha sıx əməkdaşlıq etdiyi ölkələrdən biri Ukraynadır. Qarşılıqlı səfərlər və ondan doğan müsbət nəticələr Kiyev-Bakı əməkdaşlığı üçün yeni perspektivlər açır. Bu perspektivlər özünü daha çox iqtisadi sahədə göstərir. Bu günlərdə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ukrayanaya səfəri də iqtisadi sahədə yeni əməkdaşlıq formalarının axtarışı xarakteri daşıyırdı desək yanılmarıq. Məlumat üçün qeyd edək ki, azərbaycanlı nazir Kiyevdə Ukraynanın baş naziri Vladimir Qrosyman və digər ukraynalı nazirlərlə görüşdən sonra prezident Pyotr Poroşenko tərəfindən də qəbul olunub. Kiyevdəki görüşlərdə tərəflər müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

Ruslar İrəvandan Qarabağa baxmaq istəmir

16 Mart 2017 15:29

Hər zaman Rusiyanın Ermənistanda hərbi hərəkətlərini diqqətlə izləyən cəmiyyətimiz üçün ötən həftə İrəvanda keçirilən bir beynəlxalq forum gerçəkdən də heç bir maraq doğurmadı. Kimsə bunu qardaş Türkiyə ilə Qərb arasında güclənən siyasi qarşıdurmanın informasiya məkanımızda bəlli səbəblərdən daha çox dominantlıq etməsiylə əlaqələndirə bilərdi,lakin media və bloqosfer dünyamızın vətəndaşlıq duyğuları, siyasi birlik və həmrəylik ehtirasları Ağrı dağının ətəyinə toplanmış “Valday forumu” iştirakçılarının səsini bütövlükdə batıra bilməzdi.

Fransa Azərbaycanın siyasətində strateji yer tutur

16 Mart 2017 15:25

Prezident İlham Əliyevin martın 14-də Fransaya səfəri başa çatdı. Dövlət başçısı səfər çərçivəsində həmkarı Fransua Ollandla təkbətək və geniş tərkibdə görüşlər keçirdi. İki ölkə arasında bir neçə dövlətlərarası sənəd imzalandı. Azərbaycan prezidenti qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoq mühüm mərhələyə qədəm qoyub və bir çox sahələrdə mövqelər üst-üstə düşür.

Sabiq prezident: “Azərbaycan iradəli, etibarlı tərəfdaş ölkə kimi ən gözəl misaldır”

16 Mart 2017 15:20

“Bolqarıstan Cənub Qaz Dəhlizi təşəbbüsünün bir hissəsi olmaqdan məmnundur. Azərbaycandan 1 milyard kubmetr qaz almaqla bağlı SOCAR-la müqavilə imzalamışıq. Azərbaycan bizim enerji təhlükəsizliyimizə töhfə verir. Biz etibarlı dostlarıq”.

Bolqarıstanın sabiq prezidenti: “Dünyadakı münaqişələr yalnız iki dövlətin arasında həll oluna bilməz”

16 Mart 2017 15:13

"Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp Avropaya inteqrasiyanı başa düşmür. O heç bununla maraqlanmır. O deyir ki, Amerika birinci olmalıdır".

Plevneliyev: "Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq”

16 Mart 2017 15:12

“Biz hamımız sülh istəyirik. Sülh qaydaların bütün insanlara tətbiq olunduğu yeganə yoldur”. Bu sözləri V Qlobal Bakı Forumuna qatılan Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.

Latviya prezidenti: “Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinin yollarını tapacağıq”

16 Mart 2017 14:58

“Azərbaycanla Latviya arasında çox yaxşı münasibətlər var. Mən ümid edirəm ki, biz bu münasibətləri daha da inkişaf etdirməyin yollarını tapacağıq”. Bunu Bakıda səfərdə olan Latviya prezidenti Raymonds Veyonis deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli münasibətlərin yeni inkişaf perspektivlərini müzakirə edəcəyini bildirib: “Bu il Azərbaycan prezidentinin Riqaya səfərini gözləyirik. Biz orada müzakirələri davam etdirəcəyik”.

Veyonis: ”Münaqişələr həll edilməlidir ki, ölkələrin ərazi bütövlüyü bərpa olunsun”

16 Mart 2017 14:56

“Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Biz təbii ki, bunun sülh və danışıqlar yolu ilə həllini istəyirik”.