Siyasət
"Azərbaycan Ermənistandakı seçkilərdə müşahidəçi qismində iştirak etmək niyyətində deyil"
Azərbaycan Ermənistanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etmək niyyətində deyil. Bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov Ermənistanın ölkədə aprel ayında keçiriləcək parlament seçkilərində müşahidəçi kimi iştirak etməsi üçün MDB ölkələrinə, o cümlədən Azərbaycana müraciət etməsi barədə xarici mətbuatda dərc edilən məlumata münasibət bildirərkən deyib.
Azərbaycanın I vitse-prezidenti Makedoniyanın birinci xanımı ilə görüşüb
Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən Makedoniyaın birinci xanımı Maya İvanova ilə görüşüb. M. İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən M. Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd edib.
Azərbaycanın I vitse-prezidenti UNESCO xoşməramlı səfiri Marianna Vardinoyannis ilə görüşüb
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.
Kvasnevski: "Bakı forumunda önəmli mövzuları müzakirə etməklə, dünyaya böyük töhfə veririk”
"Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib". Bunu Bakıda səfərdə olan Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva Vayra Vike-Freyberqa ilə görüşüb
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa ilə görüşüb.
İordaniya Senatının sədri: "Hər kəs BMT Təhlükəsizlik Şurasını dinləməlidir"
"Suriyada, İraqda, Orta Şərqdə və digər yerlərdə davam edən münaqişələr var. Bu münaqişələrin sülh yolu ilə həllini tapmaq və daha yaxşı dünya qurmaq çox vacibdir". Bunu V Qlobal Bakı Forumunda iştirak edən İordaniya Haşimilər Krallığı Senatının sədri Faysal el Fayez deyib.
Albaniya prezidenti: “Cənub Qaz Dəhlizi diversifikasiyaya ehtiyacı olan ölkələrin yararlanacağı layihədir”
“Təbii qazın diversifikasiyası enerji təhlükəsizliyinin əsas amilidir. Çox yaxın keçmişdə biz gördük ki, qazın paylanması ədalətli deyil. Bu, siyasətin bir hissəsi idi".
“Fransa artıq ermənipərəst mövqedən uzaqlaşıb”
“Fransua Ollandın prezidentliyi dövründə Azərbaycanla münasibətlər yeni keyfiyyət mərhələsinə qaldırıldı”. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, bu gün artıq faktdır ki, Azərbaycan Prezidentinin gördüyü işlər nəticəsində Fransa artıq ermənipərəst dövlət deyil: “Eyni zamanda bu işdə birinci vitse-prezident Mehriban Əliyevanın da böyük rolu var. Mehriban xanım parlamentdə Azərbaycan-Fransa Dostluq Qrupuna rəhbərlik edib, Fransa ilə əlaqələri parlament, ictimaiyyət səviyyəsində Mehriban xanım həyata keçirib. Ona görə də iki istiqamətdə aparılan iş real effekt verib və bu gün Fransa əvvəlki kimi ermənipərəst dövlət deyil”.
Lavrov: “Ermənistanla Türkiyə danışıqlara başlayanda, Rusiya kömək etməyə hazırdır”
"Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər". Bunu Ermənistanın “Regional Post – Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq. Bu şübhəsiz ki, ümumilikdə regionun xeyrinə olacaq”, - deyə o vurğulayıb.
Latviya prezidenti: “Münaqişələr sülh, beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
“Təəssüf ki biz təhlükəsiz və sabit dünyada yaşamırıq”. Bu sözləri Latviya prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
Politoloq: “Azərbaycan Prezidentinin Fransa səfəri vacib məqamların həllinə təkan verəcək"
“Prezident İlham Əliyevin Fransaya səfəri həm Azərbaycan, həm də region dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanla Fransa arasındakı münasibətlər hər iki ölkənin daha da inkişafı üçün önəmli məqamdır”. Bunu politoloq Arzu Nağıyev deyib.
Albaniya prezidenti: “Bizim üçün avrointeqrasiyanın alternativi yoxdur”
“Sülhü təmin etmək üçün sabitlik bərqərar olmaldır”. Bu sözləri Albaniya prezidenti Buyar Nişani V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, Albaniya buna bir misaldır: “Tarixən bizdə problemlər olub, lakin biz regionda fərqli ölkələr yaratmışıq. İmkanlardan düzgün istifadə olunmalıdır. Yeni reallığa hörmətlə yanaşırıq və birlikdə inkişaf edirik. Regionumuz böyük deyil, amma böyük ailəmiz var, fərqli millətlər yaşayır. Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Albaniya Avropaya inteqrasiya üzərində çalışır. Biz inanırıq ki, Avropaya inteqrasiya yeganə yoldur, bu istiqamətdə çalışmalıyıq. Bizim üçün başqa alternativ yoxdur. Bu, bir prosesdir və müəyyən müddətdən sonra biz bu ailənin üzvü olacağıq”.
Ermənilər 100 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub.
Makedoniya prezidenti: “Yeni dünyanın doğuluşu ərəfəsindəyik”
“Biz indiki dövrün problemlərini anlamalıyıq ki, gələcəyi də başa düşək”. Bunu Makedoniya prezidenti George İvanov V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərin gələcəyi" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
Bolqarıstanın sabiq prezidenti: "Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir"
“Azərbaycan elə ölkədir ki, burada müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri yaşayır. Ona görə də Azərbaycan beynəlxalq forumun keçirilməsi üçün ən yaxşı ölkədir".














