Siyasət
Əli Əhmədovdan sahibkarlara xəbərdarlıq
Azərbaycan hökuməti çalışır ki, vətəndaşların pensiya hüquqları indidən pozulmasın. Vətəndaşlar gələcəkdə onlara düşməli olan pensiyanı ala bilsinlər. Bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşdə deyib.
Əli Həsənov: Son 30 ildə qaçqın və məcburi köçkünlərin sayı 2, münaqişə zonalarının sayı 3 dəfə artıb
"Əslində bu gün hegemon, əraziləri və əhalisi çox olan ölkələr yeni çoğrafi məkanlar uğrunda, yeni regionlara nəzarət etmək, yeni ərazilərdə təbii sərvətlər əldə etmək uğrunda mübarizə aparırlar. Bu mübarizədən isə ərazisi və əhalisi az olan ölkələr əziyyət çəkirlər. Müasir dünyanın mənzərəsi budur və biz buna çox təəssüf edirik".
Ermənilər 137 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 137 dəfə pozub.
MN: "Düşmən çoxsaylı yaralıları məcbur qalaraq hər gün bir adla ortalığa çıxarır"
Ermənistan tərəfi kağız üzərində "qəhrəmanlıqla" məşğuldur. Bunu Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Prezident “Məktəbəqədər təhsil haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb
Prezident İlham Əliyev “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Həmsədrlər iyulun 3-də Vyanada Minsk qrupu üzvlərini danışıqlar prosesi barədə məlumatlandıracaqlar
ATƏT-in Minsk qrupu həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) iyulun 3-də Vyanada Minsk qrupunun üzvlərini regiona son səfərləri barədə məlumatlandıracaqlar. Bu barədə həmsədrlərin regiona səfərlərinin yekunlarına dair bəyanatda bildirilir.
ATƏT tərəfləri gərginliyi azaltmağa çağırdı
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qoşunların qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılmasına gətirib çıxaracaq tədbirləri nəzərdən keçirməyə çağırıb.
Nazir: “Ermənistan təxribatlar törətməklə danışıqları pozmaq siyasətini yürüdür”
Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə mövcud “status- kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq onun substantiv danışıqlar yolu ilə dəyişdirilməsinin vacibliyi vurğulanıb. E. Məmmədyarov münaqişənin həllində irəliləyişə nail olmaq üçün hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir diqqəti Ermənistanın təmas xəttində törətdiyi son təxribatlara çəkərək Ermənistanın məqsədyönlü şəkildə bu kimi təxribatlar və vəziyyəti gərginləşdirmək yolu ilə danışıqlar prosesini pozmaq siyasətini yürütdüyünü qeyd edib.
AppLab proqramının iştirakçısı startap müsabiqəsində qalib oldu
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Applab proqramında iştirak edən layihələrdən biri özünün ilk uğuruna imza atıb.
Həmsədrlər həqiqətən də münaqişənin ədalətli həllini istəyirlərsə...
"Dünyadakı mövcud beynəlxalq təşkilatlar münaqişələrin həllində fəal iştirak edə bilərlər. Amma təəssüflər olsun ki, ayrı-ayrı münaqişələrə fərqli münasibətlər göstərilir. Elə məsələ var ki, BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edən kimi dərhal icra olunmağa başlayır. Amma Dağlıq Qarabağ münaqişəsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də kağız üzərində qalıb.
Almaniya səfiri: "Dağlıq Qarabağla bağlı "status-kvo" dəyişməlidir"
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "status-kvo" olduğu kimi qalmamalıdır". Bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib. Diplomat bildirib ki, münaqişə danışıqlar yolu ilə həllini tapmalıdır.
Əli Həsənov: "Üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz əksər beynəlxalq təşkilat Azərbaycan ərazilərinin işğalı faktını tanıyıb"
Qarabağ Araşdırmalar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində KİV nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” mövzusunda qısamüddətli elmi maarifləndirmə və təbliğat kursları başa çatıb.
Rusiyalı həmsədr: “Qəbul edəcəyimiz bəyanatda cəbhədə yaranmış vəziyyəti əks etdirəcəyik”
“Həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur”. Bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. “Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”, - deyə o vurğulayıb.





.jpg)








