Siyasət
Ölkədə sosial problemlərin həlli istiqamətində real addımlar atılmaqdadır
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət vətəndaşların maddi-rifah halının yüksəlməsinə hədəflənib. Dövlət başçısı İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində əhalinin məşğulluq problemi muinimuma enib. Xatırladaq ki, son 14 il ərzində iki milyona yaxın yeni iş yeri açılıb ki, bu da ölkədə məşğulluq problemi və yoxsulluğun səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev qeyd edib ki, vətəndaşların işlə təmin olunması prosesi davam etdiriləcək: “Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb.
Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki,...
Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyir ki, bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir.
ATƏT sədri: "Rusiya regional münaqişələrin həllində vacib rol oynayır"
"ATƏT həlli gecikmiş münaqişələrin həllinə yardım etməyə davam edəcək". Məlumata görə, bunuATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano rusiyalı həmkarıSergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib. O, rusiyalı həmkarı ilə keçirilən görüşdə ATƏT regionundakı münaqişələri müzakirə etdiyini vurğulayıb.
Deputat təklif edir: “İşğalla bağlı qanun layihəsi hazırlansın”
Azərbaycanda işğalla bağlı qanun layihəsinin hazırlanması təklif edilib. “Olaylar” xəbər verir ki, bunu deputat Rövşən Rzayev Milli Məclisin bu gün keçirilən iclasında irəli sürüb. O qeyd edib ki, Milli Məclis bu sessiya bu qanun layihəsini hazırlamalıdır, buna ehtiyac var.
Ziyafət Əsgərov Vəkillər Kollegiyasına qəbulda keçid balının aşağı salınmasına etiraz edib
"Ötən il “Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik etdik. Dəyişikliyə əsasən, tək hakim olan rayonlarda hakim məzuniyyətə gedirsə, Məhkəmə Hüquq Şurası həmin rayona hakimləri ezam edə bilir. Yəni belə bir səlahiyyəti var. Əlbəttə ki, hakimlərin sayı ilə bağlı problem hələ də qalmaqdadır. Bu istiqamətdə işlər gedir.
Əflatun Amaşov: “Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılmalıdır”
Milli Məclisdə Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edilib. “Olaylar” xəbər verir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında MŞ sədri, deputat Əflatun Amaşov irəli sürüb.
Zahid Oruc: "Görünür, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər"
"Azərbaycada çay kənarlarındakı qum, çınqıl daşınır. Kim düşünürsə, qum, çınqıl balaca varlıqdır, onlar yanılırlar, çünki bunlardan milyonlar qazananlar var. Buna qarşı cərimə cəmi 12 min manatdan ibarətdir. Biz müxtəlif sahələrlə bağlı cərimə sanksiyalarını artırmışıq. Cəriməni artırmaq lazımdır”.
AXC-nin 100 illiyi münasibətilə medalın təsis edilməsi təklif olunub
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medalın təsis olunmasını təklif edib. “Olaylar”ın xəbərinə görə, Milli Məclisin plenar iclasında çıxış edən T.Kərimli deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ya Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medal təsis olunmalıdır. Deputat bildirib ki, bu addım Cümhuriyyət qurucularına qarşı sayğı kimi qiymətləndirilə bilər.
Milli Məclisin komitə sədri prezidentə müraciət etdi
“Bu il Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Bu gün qeyd edilməlidir”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
İlham Əliyev: “Azərbaycanla Türkiyə daim bir-birini dəstəkləyir” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Veteranlar Təşkilatının sədrinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub
Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə əlaqədar dövlətimizin başçısının sərəncamı ilə təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun fevralın 1-də yubilyara təqdim olunması mərasimi keçirilib.
Oqtay Əsədov: “AXC-nin yubileyi ilə bağlı xüsusi iclas keçiriləcək”
"Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik”.“Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin ilk plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzadığını xatırladıb: “Xüsusi iclas iyunun 8-də keçiriləcək. Bu istiqamətdə iş aparılır”.
Mikayıl Cabbarovdan Xaləddin İsgəndərova ZƏRBƏ - OĞLUNU İŞDƏN ÇIXARTDI
Fransa qondarma erməni soyqırımını təqvimə əlavə edəcək
Fransa prezidenti Emmanuel Macron Parisdə fəaliyyət göstərən Erməni Təşkilatları Koordinasiya Şurasının illik toplantısına qatılıb. Olaylar.az bildirir ki, gecədə Macron sözdə saxta erməni soyqırımının Fransa təqviminə əlavə ediləcəyini bildirib.
İlham Əliyev Türkmənistana gedir
Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır. Bu barədə Türkmənistanın Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.














