Ukrayna portalında Xocalı soyqırımına dair məqalə dərc olunub

Ukraynanın “Vechirniykiev” portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Xocalı soyqırımı ilə bağlı məqaləsi verilib. Ukrayna dilində yayılan məqalədə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edilir.

Ukraynanın "Vechirniykiev" portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Xocalı soyqırımı ilə bağlı məqaləsi verilib. Ukrayna dilində yayılan məqalədə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edilir.

Müəllif yazır: "Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan "Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabının müəllifi, britaniyalı jurnalist Tomas de Vaal ilə müsahibəsində bildirib ki, Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq".

Məqalədə qeyd olunur ki, cinayət cəzasız qalmamalıdır. Xocalı soyqırımını törədənlər layiqli cəzalarını almalıdırlar. Dünya birliyi Ermənistanın Azərbaycan ərazisində Xocalı soyqırımı törətməsini qəbul etməli və buna siyasi-hüquqi qiymət verməlidir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31