Siyasət

Düşmən 115 dəfə atəşkəs rejimini pozub

2 Fevral 2018 11:41

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Türkiyəli nazir Milli Məclisdə olub

2 Fevral 2018 11:40

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu gün Əfv Komissiyası yenidən toplaşır - Müraciətlərə baxacaq

2 Fevral 2018 11:30

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Komissiyanın üzvü Əlməmməd Nuriyev deyib. O bildirib ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.

E.Makronun S.Sərkisyandan ərazi güzəştləri tələb etməsi mövzusu əsassız deyil

2 Fevral 2018 11:23

Fransaya səfər edən Ermənistan prezidenti bəzi məsələlərdə uğur qazansa da ermənilərin ümummilli hesab etdiyi məsələlərdə Fransanın mövqeyinin dəyişməsinə dözdü. Bəlkə də “erməni soyqırımı” və Dağlıq Qarabağ tənzimlənməsindəki mövqelərini S.Sərkisyan güzəştə getməklə qarşıdakı proseslərdə legitimliyinin tanınmasına razılıq əldə etdi. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Xəzər" TV-nin studiyasında BƏDBƏXT HADİSƏ

2 Fevral 2018 09:30

"Xəzər" televiziyasının studiyasında bədbəxt hadisə baş verib. Fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra 1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada yıxılıb.

Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər

1 Fevral 2018 18:44

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub. Diplomatik mənbə bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilir

1 Fevral 2018 18:37

Prezident İlham Əliyev “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Görkəmli yazıçı, kinodramaturq və rejissor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov milli sənət xəzinəsini zənginləşdirən əsərləri ilə Azərbaycan mədəniyyəti salnaməsinə parlaq səhifələr yazmışdır. Onun bədii əsərlərini, eləcə də ssenariləri əsasında çəkilmiş filmləri oxucular və tamaşaçılar daim rəğbətlə qarşılamışlar.

Məzahir Pənahov prezident seçkilərindən danışdı

1 Fevral 2018 18:18

Fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə M.Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq və xarici təşkilatlarlar, eləcə də dünyanın müxtəlif qitələrindən olan xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlığından söhbət açıb. O bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının təşkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

Xarici işlər nazirləri Bakıya toplaşacaqlar

1 Fevral 2018 18:14

Bu ilin aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. Xarici İşlər Nazirliyindən “Olaylar”a bildirilib ki, nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas olacaq.

Əli Əhmədov: Prezident İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu seçkilərdə qələbəsinə əsas yaradır

1 Fevral 2018 16:41

Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmasına öz töhfələrini verəcəklər. Məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

AXC – nin 100 illiyi ilə bağlı xüsusi iclas keçiriləcək

1 Fevral 2018 16:38

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. Azərbaycanın dövlət himninin səsləndirilməsilə öz işinə başlayan iclasda spiker Oqtay Əsədov payız sessiyası haqqında məlumat verərək bildirib ki, parlament prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işşlərinin hüquqi bazasını yaradıb. Ümidvar olduğunu bildirib ki, yaz sessiyası da səmərəli olacaq: "Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Niyə Şahin Şıxlinski?

1 Fevral 2018 15:21

Heç kimə sirr deyil ki, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının birliyi, həmrəyliyi məfhumları Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra dövlət siyasətində xüsusi yer tutmağa başladı.

Dövlət başçısı strateji baxımdan doğru qərar verdi

1 Fevral 2018 15:18

Məlum olduğu kimi bu il ölkəmizdə mühüm siyasi hadisələrdən biri, prezident seçkiləri keçiriləcək. Elə bu səbəbdən artıq bir xeyli müddətdir ki, ölkədə qeyri-rəsmi də olsa seçki ab-havası müşahidə edilir. Hətta 2017-ci ildən bir sıra müxalifət partiyaları cari ildə keçiriləcək prezident seçkiləri ilə bağlı öz mövqeyini ortaya qoyaraq seçkilərdə iştirak edəcəyini bəyan edib. Bəzi partiyalar isə hətta ilkin olaraq seçkilərdə mübarizə aparacaq namizəd də müəyyənləşdiriblər. Bu sırada Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müsavat Partiyası, eləcə də digər siyasi partiyaların adını çəkmək olar. Bəzi partiyalar isə hələlik gözləmə mövqeyindədirlər. Yaxud seçkidə iştirak edib-etməmək barədə tərəddüd içərisindədirlər.