Siyasət

Deputat vizasız gediş-gəliş prosesinin sürətləndirilməsini təklif edib

13 Fevral 2018 17:38

Milli Məclisin fevralın 13-də keçirilən iclasında Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına dair işlərin sürətləndirilməsi təklif edilib.

İsa Həbibbəyli: “Quba məzarlığında cəsədlər torpağa tapşırılarkən bəzi sümüklər açıq saxlanılıb”

13 Fevral 2018 16:59

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi göstərən Qubadakı kütləvi məzarlığında aparılan yenidənqurma işləri və sümüklərin basdırılması Azərbaycan cəmiyyətinin şəhid olmuş insanlara öz hörmət və ehtiramını ifadə etmək üçün həyata keçirilir.

Azərbaycanla korrupsiyada ittiham olunan Volonte bəraət aldı

13 Fevral 2018 16:34

Bu gün Milan Məhkəməsində Avropanın 2 ildən çoxdur, yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatdı. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət aldı. Bunu millət vəkili Elxan Süleymanov deyib.

Hərbi ekspert: "Həmsədrlərin hərəkətləri gülməli hal alıb”

13 Fevral 2018 16:21

“Bu gün ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona mütəmadi səfərlərində təəssüflər olsun ki, heç bir uğurlu irəliləyişi görmürük. Artıq onların bu hərəkətləri gülməli hal alıb”. Bunu  hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ekspert: “Radikalların bütün bu xəyalları puç oldu”

13 Fevral 2018 16:17

“Seçkilərin 6 ay önə çəkilməsi sırf texniki məsələdir və ilin böyük hissəsinin dövlət üçün strateji olan digər məsələlərə həsr olunması məqsədini daşıyır”. Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Yerli özünüidarə orqanları icra hakimiyyətlərindən asılı vəziyətə düşüblər

13 Fevral 2018 15:10

Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənilib. Hesabatı təqdim edən Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1 978 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib.

Məlahət İbrahimqızı Avronest PA-nın iclasında məruzəçilərə irad tutdu

13 Fevral 2018 15:07

Avronest PA-nın Tbilisidə keçirilən iclasının 2-ci günündə bu qurumun Sosial, təhsil, məşğulluq, mədəniyyət və vətəndaş cəmiyyəti məsələləri üzrə Komitəsinin həmsədri, Azərbaycan parlamentinin üzvü Məlahət İbrahimqızı sədrlik edib.

Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

13 Fevral 2018 15:04

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. 

Deputat: “Həmsədrlər təcavüzkara öz yerini göstərməlidir”

13 Fevral 2018 14:27

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri turist xarakteri daşımamalıdır. Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı həmsədrlərin regiona sonuncu səfərini şərh edərkən deyib. Deputat vurğulayıb ki, vasitəçilər Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi səylər etməlidirlər. M. Qasımlının fikrincə, həmsədrlər təcavüzkara öz yerini göstərməlidirlər. 

Həmsədrlərin turistik səfərlərinə son qoyulmalıdır

13 Fevral 2018 14:14

Bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti dəfə regiona səfər edərək Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdü, Dağlıq Qarabağ probleminin həlli istiqamətində müzakirələr apardı. Ənənəvi olaraq regiona səfərlərindən sonra vasitəçilər bəyanatla çıxış etdilər.  Bəyanatda yaxın günlərdə təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıq ifadə olunurdu. Həmçinin həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırırlar. Vasitəçilər həmçinin münaqişə tərəflərini təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər."Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq".

Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur

13 Fevral 2018 14:12

Hakim Yeni Azərbaycan Partiyasının VI qurultayından bir xeyli müddət keçsə də, lakin hələ də cəmiyyətdə, onun müxtəlif təbəqələri arasında bu mövzuda müzakirələr davam edir. Bunun isə başlıca səbəbi qurultayda Azərbaycan, onun gələcəyi üçün mühüm, vacib qərarın qəbul edilməsidir.

Seçkilərdə bütün partiyalara bərabər imkanlar yaradılıb

13 Fevral 2018 13:43

“Seçkilərdə bütün partiyalara bərabər imkanlar yaradılıb”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Qlobal Ararşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev bəzi partiyaların seçkiləri baykot elan etməsinə münasibət bildirərkən deyib: "Azərbaycanda seçkilərin 6 ay öncəyə təyin edilməsi tam qanunamüvafiqdir.

Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin statusu dəyişir

13 Fevral 2018 12:35

Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişikliyə baxılıb. “Olaylar” xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişiklik barədə məlumat verib. Dəyişikliyə əsasən, "Konstitusiya Məhkəməsi haqqında" qanuna aşağıdakı məzmunda 73.9-cu maddə əlavə edilib: "73.9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir".

Bakıda NATO-nun təlim kursu keçirilir

13 Fevral 2018 12:24

"OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başlayıb.

BMT Baş Katibi: “ İnsanlara idmana layiq olduqları dəyəri verək”

13 Fevral 2018 12:10

“Radio dünyada ən geniş auditoriyaya malikdir. Kommunikasiya sahəsində sürətli inkişaf erasında radio hələ də əyləndirmək, maarifləndirmək, məlumatlandırmaq və həvəsləndirmək gücünü özündə saxlayır”. “OLAYLAR” xəbər verir ki, bu fikirlər BMT Baş Katibinin Ümumdünya Radio Günü ilə əlaqədar müraciətində əksini tapıb.