Siyasət
XİN Ermənistanın ittihamlarına reaksiya verdi
Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana Sənədi ilə bağlı bəyanatına münasibət bildirib.
Baş nazir: "Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir"
Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir. Məlumata görə, bunu Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Azərbaycan ABŞ-a nota verib
"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb". Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Deputatımız Rusiyada prezident seçkisini müşahidə edəcək
Milli Məclisin deputatı Mixail Zabelin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 12-də Sankt-Peterburq şəhərinə səfər edib. MM-dən “Olaylar”a verilən məlumta görə, millət vəkili Müstəqil Dövlətlər Birliyinin müşahidəçilər missiyasının tərkibində seçkiləri izləyəcək.
Səməd Seyidov AŞ PA-nın tədbirinə qatılacaq
Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Tramp ilk dəfə arvadına xəyanətindən danışdı
Müsavat başqanının əsassız ittihamları və özünüifşası
Aprelin 11-də baş tutacaq prezident seçkilərində biabırçı məğlubiyyətlə üzləşəcəklərindən ehtiyat edən radikal müxalifət liderləri indi də ciddi cəhdlə seçkinin nəticələrinə kölgə salmağa, onun demokratikliyini şübhə altına almağa çalışırlar. Xaricdəki ağalarına, Avropanın müxtəlif ölkələrindəki əlaltılarına donosların, qeyri-obyektiv məlumatların ötürülməsindən tutmuş, seçkiqabağı ictimai-siyasi vəziyyətin qeyri-qənaətbəxş olmasına qədər cəfəng açıqlamalar, bəyanatlar verilməsinə, eyni zamanda kütləvi aksiyaların keçirilməsinə qədər bütün cəhdlər məhz aprelin 11-də baş tutacaq prezident seçkilərinə qara yaxmağa, onun azad və şəffaf keçiriləcəyinə dair şübhələr yaratmağa hesablanıb.
“Qəbir avantürası” kimə lazım idi?
AntiAzərbaycan şəbəkənin üzvləri, onların daxildə və xaricdəki əlaltıları ölkədə keçiriləcək prezident seçkilərinə kölgə salmaq, onun siyasi əhəmiyyətini azaltmaq məqsədilə bütün imkanları səfərbər ediblər.
Azərbaycanın real gücə hesablanan hərbi potensialı- MÖVQE
Ölkədə həyata keçirilən düzgün idarəçilik sistemi, uğurlu siyasi, iqtisadi və sosial islahatlar bütün sahələrdə dinamik inkişafa səbəb olub desək yanılmarıq. Bu gün Azərbaycanda ictimai-siyasi vəziyyətin normal olması, iqtisadi göstəricilərimizə görə nəinki yerləşdiyimiz coğrafiyadakı ölkələri, hətta dünyanın aparıcı dövlətlərini geridə qoymağımız, eləcə də sosial və humanitar, mədəni sahədə həyata keçirilən uğurlu islahatlar və əldə edilən nəticələr məhz düzgün idarəçilik sisteminin təqbiqinin məntiqi nəticəsidir.
Demokratik parlamentli Cümhuriyyət
Ötən əsrin ikinci onilliyində ümumibəşəri dəyərlərə söykənərək milli istiqlal ideyalarını aşılayan bir cumhuriyyətin qurulması təkcə Şərq aləmində deyil, eləcə də bütün dünyada əsil tarixi hadisəyə çevrildi. Belə ki,1918-ci il mayın 28-də dünya dövlətləri üçün örnək ola biləcək respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu.
Prezident seçkiləri ilə əlaqədar xaricdə 41 seçki məntəqəsi yaradılacaq - SİYAHI
Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar olaraq 32 xarici ölkədə 41 seçki məntəqəsi yaradılacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında Azərbaycan Prezidenti seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.
XİN prezident seçkilərinə hazırlıq işləri ilə əlaqədar məlumat yayıb
Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir.
Azər Həsrət: "Müxalifətin mitinqi quş qoymaq üçün idi"
"Milli Şura" adlanan qurum özünün növbəti biabırçı mitinqini keçirdi. Bu biabırçılıq istər aksiya iştirakçılarının sayı, istər tərkibi, istərsə də orada səslənən şüarlarda özünü açıq göstərirdi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Millət vəkili: “Milli Şura”nın mitinqi sönüklüyü ilə yadda qaldı”
“Müxalifətin mitinq keçirməsi Azərbaycanda demokratiyanın, azad toplaşma hüququnun olduğunun göstəricisidir”. Bunu millət vəkili Azər Badamov deyib.
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.









.jpg)




