Siyasət

Deputat: "Elə ermənilərin özü Sarkisyanı beynəlxalq məhkəməyə verməlidir"

25 Aprel 2018 12:04

Azərbaycanda və Ermənistanda keçirilən seçkilərdən sonra yaranan vəziyyət iki ölkə arasında böyük fərq olduğunu bir daha göstərdi. Seçkilərdən sonra Azərbaycanda inkişafa doğru islahatlar aparıldı, yeni hökumət formalaşdırıldı, Ermənistanda isə siyasi xaos, qarşıdurma baş verdi, hökumətin istefası tələb olundu.

Analitik: "Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil"

25 Aprel 2018 11:58

Yalnız Sarkisyanın istefası Ermənistanda real dəyişikliklər etmək üçün yetərli deyil. Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə çıxan minlərlə nümayişçi 10 illik prezidentlik dövründən sonra ölkə parlamenti tərəfindən Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin edilməsinə etiraz nümayiş etdirdi. Bir neçə gün ərzində küçələrdə 100 mindən çox adam yeni təyin olunmuş baş nazirin istefasını tələb etdi. Aprelin 23-də Serj Sarkisyan 11 gün davam edən etiraz aksiyasından sonra istefa verib.

Serj Sərkisyanın son günlərlərdəki davranışı onun kimliyini xarakterizə etdi

25 Aprel 2018 11:34

Serj Sərkisyanın davranışı Ermənistanın müstəqillik dövründəki siyasəti və bu siyasətin Qərb tərəfindən qəbul olunması barədə kifayət qədər mühüm mənbə oldu:

Sədaqət Vəliyeva: "Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir"

25 Aprel 2018 11:32

“Ermənistanda xalq zorən konstitusiyanı dəyişib baş nazirliyi ələ keçirən Serj Sarkisyanı hakimiyyətdən qovdu. Erməni xalqı son on ildə ona misli görünməmiş fəlakətlər yaşatmış cinayətkar xuntanı yıxmağı bacardı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Bəhruz Quliyev: "Erməni xalqı Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran Qarabağ klanından canını qurtardı"

25 Aprel 2018 11:25

Artıq bir müddətdir ki, “Serj, hakimiyyətdən rədd ol!” deyən erməni xalqı zorən konstitusiyanı dəyişib baş nazir vəzifəsini ələ keçirən Serj Sarkisyanı hakimiyyətdən qovdu. Serj Sarkisyan Ermənistanda dövlətin və xalqın problemlərini nəinki həll edə bilməyən, hətta daha ağır məhrumiyyətlərə düçar edən diktatura rejimi yaratmışdı. Bu xunta rejiminə dözməyən xalq onu istefa verməyə məcbur etdi.

Sarkisyan tarix qarşısında cavab verməlidir

25 Aprel 2018 11:25

“Bu gün Ermənistanda kifayət qədər ciddi proseslər baş verir. Artıq xalq 20 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək hakimiyyəti zorla əldə saxlayan, öz ölkəsini demək olar ki, beynəlxalq aləmdən təcrid edən bir rejimdən-Serj Sarkisyan və onun terror qruplaşmasından canını qurtardı. Aprelin 23-də xalqın kəskin etirazına qarşı tab gətirə bilməyən Sarkisyan istefa verdi. Hazırda Ermənistanda kütləvi mitinqlər davam edir. Bu bir daha onu göstərir ki, qatil Sarkisyanın ötən illər ərzində apardığı işğalçılıq siyasətini heç onun öz xalqı belə dəstəkləmir. Hesab edirəm ki, erməni xalqı ölkəni, cəmiyyəti istismar edən hərbi xuntadan canını qurtardı və gələcək taleyini müəyyənləşdirmək imkanı qazandı.”