Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
14 May 2018 13:38 SiyasətKənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumun Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna (TETİ) baş çəkib.
O, institutun yeni inzibati binasına və laboratoriyalarına, İsrailin "Breedit" şirkətinin layihəsi əsasında TETİ-də 6.14 ha ərazidə qurulan müasir istixana və 30 ha açıq sahə şəraitində beynəlxalq tələblərə uyğun olaraq tikilməkdə olan tərəvəz toxum istehsalı ərazilərinə baxış keçirib.
TETİ-nin alim və mütəxəssisləri ilə görüşən nazir onlara tapşırıq və tövsiyyələrini verib. O bildirib ki, institutların tədqiqatları ölkənin iqtisadi qüdrətinin güclənməsinə xidmət etməlidir.
Bundan sonra institutun direktoru Ələddin Eyvazov nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31