Siyasət

Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Demokratik Respublikasının 100 illiyini elan edir

19 May 2018 07:39

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.

Mehriban Əliyeva: “Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir”

19 May 2018 01:32

“Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər”.

Azərbaycandan Trampın Qüds qərarına reaksiya - Rəsmi

19 May 2018 01:10

ABŞ prezidentinin ölkəsinin səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa zidd bir addımdır.

İlham Əliyev yeni icra başçısı təyin etdi

18 May 2018 18:04

Prezident İlham Əliyev Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Əbülfəs Qarayev ilə Fransanın ölkəmizdəki səfiri arasında görüş keçirilib

18 May 2018 18:00

Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Fransanın ölkəmizdəki səfiri Aurelia Buşez arasında görüş keçirilib.

Tərtər çayı üzərində yeni körpünün tikintisinə 3 milyon manat ayrıldı

18 May 2018 17:42

Prezident İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Deputat: “SAT imtahanlarında ciddi korrupsiya var”

18 May 2018 16:20

“Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Beynəlxalq mərkəzlərdə, Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”.