Bəhruz Quliyev: “Əli Kərimli siyasi dələduzdur ”

"Əli Kərimlinin 412 min dollarlıq maxinasiyası və həmin vəsaitlərin Rusiyadan əldə edilməsi bir daha sübut edir ki, onun və ətrafının hər biri Şimal ölkəsinin qaranlıq dairələrinin sifarişlərini həyata keçirirlər". Bu fikirlərisiyasi ekspert Bəhruz Quliyev bildirib.

"Əli Kərimlinin 412 min dollarlıq maxinasiyası və həmin vəsaitlərin Rusiyadan əldə edilməsi bir daha sübut edir ki, onun və ətrafının hər biri Şimal ölkəsinin qaranlıq dairələrinin sifarişlərini həyata keçirirlər".

Bu fikirlərisiyasi ekspert Bəhruz Quliyev bildirib.

Qeyd edib ki, hazırda Ə.Kərimlinin ifşa olunması ilə yanaşı dalana dirənməsi sədri olduğu partiyasının çöküşü ilə nəticələnəcək: "Baxın, artıq partiya daxilində ciddi narazılıqlar baş qaldırıb, həmçinin, "Milli Şura" da qalmaqallar yaşanmaqdadır. Hər kəs Əli Kərimlidən soruşur ki, əldə etdiyi bu qədər gəlir nəyə görə onlardan gizlədilib? Əslində, komfortlu həyat sürməyə alışıq olan AXCP sədri və ailəsi bu sualın cavabını verməsələr də, sübut edilən budur ki, o pul hərisi olmaqla yanaşı, ən yaxın adamlarına da xəyanət edir. Təsəvvür edin, Əli Kərimlinin yarıtmaz siyasəti üzündən nə qədər ona inanmış insan həbslərə düşüb, gənclərin təhsilləri yarımçıq qalıb və s. Bütün bunların günahı onun üzərindədir. 412 min dollarlıq məsələ üzə çıxdıqdan sonra həmin aldadılmış insanların hansı hisslər keçirdiklərini təsəvvür etmək belə çətindir. Biz hələ öncəki illərdə onun bank maxinasiyaları, çirkli oyunlarını da buraya əlavə etsək, onda bu adamın siyasi dələduz olduğunu əminliklə söyləyə bilərik. Bəli, Əli Kərimli siyasi dələduzdur ".

Bəhruz Quliyev digər bir amilə də toxunaraq bildirib ki, hazırda Rusiyanın qaranlıq siyasi dairələrində ermənipərəst fəaliyyəti göstərən Rüstəm İbrahimbəyovun da bu məsələdə əlinin olması şübhəsizdir: "Belə ki, vaxtilə "Milyarderlər İttifaqı" deyilən bir qurumda Əli Kərimli ilə əlbir olan İbrahimbəyov, hazırkı məqamda da bu "missiyasını" həyata keçirir. Çox yəqin ki, AXCP sədrinin "Qafqaz üçlüyü" filmi ilə bağlı susqun qalması da onun İbrahimbəyovdan, eləcə də Rusiyadakı digər ağalarından maliyyələşməsinin nəticəsidir. Əli Kərimli üçün milli hisslər heç vaxt əsas olmayıb, o hər zaman pul hərisi olaraq tanınıb, bu gün də həmin reallıq göz önündədir".

"Onu da deyim ki, AXCP heç vaxt maliyyə hesabatlarını verməyən partiyadır. Halbuki, Əli Kərimli dəfələrlə iddia edib ki, onun partiyası üzvlük haqları ilə idarə olunur. Maraqlıdır, əgər AXCP üzvlük haqları ilə idarə olunursa, nəyə görə şəffaf hesabat vermir? Söz yox ki, bu gün onun oğlu Türkel Kərimlinin Brtitaniyada və Avropanın digər ölkələrində bahalı gecə barlarında əylənməsi, ailə üzvlərinin brend, komfort həyat sürməsi arxasından yalnız 412 min dollarlıq ifşa çıxmayacaq, qarşıda Kərimlinin digər maxinasiyaları da ictimailəşəcək. Hesab edirəm ki, o və ətrafı bu kimi qanunsuz əməllərinə görə qanun qarşısında cavab verməlidirlər. Çünki kimliyindən asılı olmayaraq, ölkə qanunlarını pozan hər bir kəs həmin əməllərinə görə cavabdehlik daşıyır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31