Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.

İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.

Nazirlikdən "Olaylar"a bildirilib ki, nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın uğurla davam etdiyini, Azərbaycan Respublikası Prezidentinin son 10 ildə Avropa İttifaqına 7 səfəri olduğunu,   Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxslərinin ölkəmizə səfər etdiyini vurğulayıb. Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi sənədlər imzalanıb. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanmış sənədlər  əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır, ölkəmiz Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin açılışını vurğulayan Şahin Mustafayev layihənin enerji sahəsində əməkdaşlığın gözəl nümunəsi olduğunu qeyd edib. Qısa müddət ərzində TANAP layihəsi də istifadəyə veriləcək. TAP layihəsi üzrə isə işlər davam edir.  Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 595 mln. avro məbləğində dəstək göstərilib. Tvinninq aləti üzrə 34 layihə müvəffəqiyyətlə başa çatıb, 10 layihənin icrası davam edir, 1 layihə isə hazırlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31