Siyasət

Akif Aşırlı: "Rüstəm İbrahimbəyov hər zaman erməni mövqeyindən çıxış edib"

23 May 2018 18:17

“Hər bir yaradıcı insan yazdığı əsərlə öz şəxsiyyətini, düşüncəsini, baxışını millətinə xalqına, tarixinə olan münasibəti ortaya qoyur. Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi də onun kimliyini bir daha üzə çıxarmış olub”. Bu fikirləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

"Rüstəm İbrahimbəyovun mənəviyyatı da günahsız insanların qanına bulaşıb"

23 May 2018 18:00

"Rüstəm İbrahimbəyovun bu günədək ermənilərin ünvanına səsləndirdiyi sevgi dolu fikirlər, Rusiya və ABŞ mətbuatına verdiyi müsahibələrdə Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd geosiyasi proseslərin günahkar olduğunu dilə gətirməsi təəccüblənmək üçün əsas qoymur". Bunu politoloq Elçin Mirzəbəyli deyib.

Siyavuş Novruzov: "Rüstəm İbrahimbəyov qorxaq azərbaycanlı obrazını özünü düşünərək yaradıb"

23 May 2018 17:53

“Biz Rüstəm İbrahimbəyovun dəfələrlə belə əməllərinin şahidi olmuşuq. Bu baxımdan məhz Rüstəm İbrahimbəyovun ssenari müəllifliyi ilə “Qafqaz üçlüyü” kimi filmin çəkilməsində də təəccüblü heç nə yoxdur”. Bunu ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahiumbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasına münasibət bildirən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Satqınlıq və xəyanət üzərində qurulmuş həyat tərzi

23 May 2018 17:31

Rüstəm İbrahimbəyov daim Azərbaycan xalqının ləkələməyi özünə peşə seçib

"O, azərbaycanlı deyil, vətən xainidir" - Tənzilə Rüstəmxanlı

23 May 2018 17:25

“Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi vətən xainidir”

İnsani keyfiyyətini itirən “məhşur ssenarist” yenə də reallığı danır- Əli Həsənov

23 May 2018 15:49

“Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adı, insani keyfiyyətini itirərək haqqı, ədaləti və reallığı danan bu “məhşur ssenaristə münasibət bildirsin... Çox hörmətli kinorejissor Ayaz Salayevə əsl vətəndaşlıq mövqeyinə görə, dərin təşəkkürümü bildirirəm”.

Lavrov Ermənistanın yeni xarici işlər naziri ilə Qarabağ münaqişəsini müzakirə edib

23 May 2018 15:39

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri telefon danışığı zamanı müzakirə edib.