Qarabağa qanunsuz turist səfərinin qarşısı alındı
6 İyun 2018 11:06 SiyasətPolşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdnində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlilari Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən "Adventure Club Radoslaw Kasprzak" turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib. "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, nəticədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.
Bu barədə aşıqlama verən PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstərdilər və bundan sonra da yolumuza əmin addımlarla davam edib, Polşa ictimaiyyətinə tarixi həqiqətləri çatdıracayıq.
Qeyd edək ki, "Adventure Club Radoslaw Kasprzak" şirkəti Azərbaycan Respublikasının Polşadakı Səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib