Siyasət

NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları davam etdirməyə çağırır

30 May 2018 16:00

NATO Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar yolunu davam etdirməyə çağırır.

Xələf Xələfov Almaniya Bundestaqının üzvünü qəbul edib

30 May 2018 15:33

Xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikası Bundestaqının Xarici Əlaqələr, eləcə də Mədəniyyət və Mətbuat Komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputatı Nikolas Löbeli qəbul edib.

Dövlət Komitəsi sədrinə yeni köməkçi təyin edilib

30 May 2018 13:16

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə yeni köməkçi təyin olunub.

Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA: “Ermənilər Bakıya...”

30 May 2018 13:02

İrəvanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də gəlir. Serj Sarkisyan tərəfindən həbsə atılan Samvel Babayan və Jirayr Səfilyanın azad olunması Xankəndində “Qarabağ klanı”ndan ibarət qondarma rejimin devrilməsi ilə nəticələnə bilər.

Putin Azərbaycana silah satışı barədə nə deyib? – Paşinyandan açıqlama

30 May 2018 12:55

"Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə yol sülh yoludur. Bu, real həllə gətirib çıxara bilər. Güc yolu ilə həll variantı yoxdur. Düşünürəm ki, bu, yalnız Ermənistanın deyil, həm də Rusiyanın prinsipial mövqeyidir". Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya mediasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşü zamanı Qarabağ münaqişəsi ətrafında aparılan müzakirələr barədə danışarkən deyib.

Mehriban Əliyeva: "AXC-də qadına hörmət, tolerantlıq dəyərləri öz əksini tapdı"

30 May 2018 12:25

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Baş nazirin müavini: "Qadınlarla kişilərin əməkhaqları arasındakı fərqlə bağlı düşünməliyik"

30 May 2018 12:19

“Azərbaycan Xalq Cümhuriyyəti bir sıra ənənələrin əsasını qoyub. Bunlardan biri qadınlara seçib-seçilmək hüququnun verilməsidir. Özünü demokratiyanın beşiyi elan edən cəmiyyətlər belə, qadınlara bu hüququ tanımamışdılar”. Bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunda çıxışı zamanı deyib.