Siyasət

İlham Əliyevdən yeni təyinatlar

2 İyun 2018 21:49

İqtisadiyyat naziri Şahin Mustafayevə iki müavin təyin edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ilə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov nazir müavini təyin edilib.

İqtisadiyyat nazirinə iki müavin təyin edilib

2 İyun 2018 18:30

İqtisadiyyat naziri Şahin Mustafayevə iki müavin təyin edilib.

Əliyevlə Trampın danışıqları başlayır – İrəvanı qorxuya salan QARABAĞ SÜRPRİZİ

2 İyun 2018 10:52

“Qarşıdakı Qarabağ danışıqlarında bəzi sürprizlərin olması gözləniləndir, Ermənistan bu sürprizlərə hazır olmalıdır”. Bu barədə 1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri olmuş David Şaxnazaryan deyib.

Hyuston şəhərində Cümhuriyyətin 100 illiyi təntənəli şəkildə qeyd edildi

2 İyun 2018 10:37

ABŞ-ın enerji paytaxtı sayılan, ABŞ-ın ən böyük şəhərlərindən olan və çoxsaylı Azərbaycan icmasının yaşadığı Hyuston şəhərində ADR-in 100 illiyinə həsr edilmiş rəsmi tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiyasiyası və Hyuston Birləşmiş Millətlər Assosiyasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin çoxsaylı qonaqları sırasında Texas ştatında akkreditə olunan xarici diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan, Yəhudi, Pakistan, Türk icmalarının nümayəndələri və Texas ştatının bir sıra nüfuzlu ictimai və dövlət xadimləri iştirak edib.

Serbiya BU GÜNDƏN Azərbaycanla  VİZANI ləğv etdi

2 İyun 2018 10:24

Serbiya bu gündən etibarən Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir. İndi Azərbaycan vətəndaşları Serbiya ərazisində 90 günə qədər vizasız qala bilərlər.

Ermənistan çaylarımızı çirkləndirməkdə davam edir

1 İyun 2018 18:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq həyata keçirib.

Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib

1 İyun 2018 18:45

İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.