Siyasət

“Paşinyan bu cəhdini Qərbin və Rusiyanın dəstəyi ilə həyata keçirəcək”

4 İyun 2018 11:17

“Paşinyanın Gürcüstan səfəri sona çatdı. Bu səfərin nəticələrini təhlil edən ekspertlərin əksəriyyəti uğursuz səfər olaraq qiymətləndirirlər. Ermənistanda prezident seçkiləri ərəfəsində Armen Sarkisyanın seçilməsini dəyərləndirərkən bu ölkədə yeni qüvvələrin gələcəyini və bu qüvvələrin Qarabağ məsələsində bizim üçün kifayət qədər problemlər yaradacağını demişdim. Artıq bu istiqamətdə hazırlıqlar görülür və Paşinyanın Dağlıq Qarabağ ermənilərinin tərəf olaraq danışıqlarda iştirakını şərt olaraq irəli sürmək niyyətindədir. Bu bəyanat səslənsə də hələ ki, hüquqi zəmini yoxdur”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

Prezident İlham Əliyev İran Prezidenti Aparatının rəhbərini qəbul edib

4 İyun 2018 11:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikasının Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

Fazil Mustafadan Hacı Şahinə sərt sözlər: "Bu İslam dini deyil !" - VİDEO

4 İyun 2018 11:03

Millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videoya münasibət bildirib.

Ermənilər təlaşda: Azərbaycan prezidenti ABŞ-a gedir

4 İyun 2018 09:30

Azərbaycanın yerləşdiyi bölgə və onun ətrafında ziddiyyətli, eyni zamanda, milli maraqlarımıza təsirsiz ötüşməyəcək proseslər gedir. Cənub qonşumuz İran ətrafında yaşanan kritik olaylar, İsrail-Fələstin münaqişəsinin daha qəliz fazaya keçməsi ilə strateji tərəfdaşımız İsraillə münasibətlərə yeni təhdidlərin yaranması bu qəbildən sayıla bilər. Bu fonda işğalçı qonşumuz Ermənistan Nikol Paşinyanın baş nazir olmasından sonra Qərblə (ABŞ-la) Rusiya arasında hiyləgər oyuna başlayıb.

ABŞ Konqresində Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar bəyanat

4 İyun 2018 08:43

ABŞ Konqresinin Nümayəndələr Palatasının nüfuzlu üzvlərindən olan Mark Midouz  Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar bəyanatla çıxış etdib. Olaylar.az bildirirr ki, konqresmen bəyanatda ilk öncə, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırır. Seçkilər vasitəsilə müəyyən edilən dünyəvi hökumətə sahiblənmiş ilk müsəlman çoxluğa malik dövlət olan Azərbaycanın tərəqqiyə, davamlı islahata və əhalisinin yaşayışını yaxşılaşdırmaq istiqamətində səy göstərən dövlətlər üçün daim nümunə olacaqı bəyanatda vurğulanır.

Ayova ştatında Azərbaycan Günü 

4 İyun 2018 08:38

ABŞ-ın Ayova ştatının qubernatoru Kim Reynolds Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalamışdır. Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.