Rusiyadan bu ölkəyə mesaj: “Etibarınızı itirirsiniz”

Norveçin öz ərazisindəki ABŞ hərbi kontingentinin sayını iki dəfəyə qədər artırmaq istəməsi faktiki olaraq Norveçin öz ərazisində sülh vaxtı ənənəvi xarici hərbi kontingentləri yerləşdirməmək siyasətinə ziddir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Norveçin bu addımı ikitərəfli münasibətlərdə etibarlılığı zədələyir. Hazırda Norveç ərazisinə hansı hücumdan söhbət gedə bilər? Norveç özü də dəfələrlə ən yüksək səviyyədə Rusiyanın təhdid yaratmadığını deyib", - deyə o bildirib.

Qeyd edək ki, Norveç öz ərazisindəki ABŞ hərbçilərinin sayını iki dəfəyə qədər artırmaq haqqında qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31