Siyasət

Lima şəhərində ÜGT-nin konfrans və sərgisi keçirilir

8 İyun 2018 14:10

Peru Respublikasının paytaxtı Lima şəhərində 75 ölkəni təmsil edən 500-dən artıq nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) növbəti 2018-ci il İnformasiya Texnologiyaları Konfransı və Sərgisi öz işinə başlayıb. Peru Gömrük və Vergilər Administrasiyasının ev sahibliyi etdiyi sayca 17-ci olan bu tədbir Koreya Gömrük Xidmətinin dəstəyi ilə təşkil edilib.

Tovuzun yeni icra başçısı vəzifəsindən istefa verdi - Yerinə oğlu gəldi

8 İyun 2018 13:41

Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Məmməd Cahangir oğlu Məmmədov "AQRO Kimya" MMC-nin prezidenti vəzifəsindən istefa verib.

Deputat İmamverdi İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib

8 İyun 2018 13:09

Azərbaycan Prezidenti İlham Əliyev deputat İmamverdi İsmayılovun təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib.

Sahibə Qafarova: “Azərbaycan öz istədiyinə nail olacaq”

8 İyun 2018 12:28

"Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan İftar mərasimində bir çox mühüm məsələlərə toxundu, ölkəmizin sosial-iqtisadi inkişafı, qarşıda duran hədəflərlə bağlı dərin təhlillərini diqqətə çatdırdı. O cümlədən, dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İrəvanın keçmiş kriminal hakimiyyətinin qanunsuz, cinayətkar fəaliyyəti haqqında söylədiyi fikirlər, münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyi həm beynəlxalq ictimaiyyətə, həm də erməni xalqına da ciddi mesajlarla dolu idi". Bunu Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Mais Səfərli: “Çirkli qrant alan Əli Kərimli qanun qarşısında cavab verəcək”

8 İyun 2018 12:23

“Azərbaycan qanunvericiliyinə görə, siyasi təşkilatlar xarici ölkələr tərəfindən maliyyələşə bilməz”. Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli bildirib.

Politoloq: “Lavrov da Paşinyana ümid yeri qoymayıb”

8 İyun 2018 12:20

“Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı mövzunu dəyişməyə çalışır. O bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib, digər tərəfdən “danışıqlarda Qarabağ təmislçiləri də iştirak etməlidirlər, mən onların yerinə qərar verə bilmərəm” deyib tutub. Paşinyan bu məsələdə Qərbin, hətta güvəndikləri Rusiyanın dəstəyini ala bilməyəcək”.

Qabil Hüseynli: “Paşinyan Qarabağ klanına sarsıdıcı zərbə vurmağa çalışacaq”

8 İyun 2018 12:21

"Şübhəsiz ki, qondarma Dağlıq Qarabağ rejimində iğtişaşlar və kütləvi etiraz aksiyalarının başlanılması Paşinyanın separatçı rejimi dəyişmək üçün atdığı bir addımdır”. Bunu politoloq Qabil Hüseynli deyib.

İlqar Orucov: “Qarabağda yaşayan erməni əhalisi girova çevrilib”

8 İyun 2018 12:19

“Azərbaycanın işğal altında olan ərazilərində mövcud siyasi hakimiyyətə qarşı aksiyalar Qarabağda yaşayan ermənilərin nə qədər acınacaqlı durumda yaşadıqlarının təzahürüdür”. Bunu Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

QHT rəsmisi: “Ordumuz döyüşlər görmüş ordudur"

8 İyun 2018 12:16

“Ərazi bütövlüyümüzü, müstəqilliyimizi qorumağa cavabdeh dövlət təsisatımız olan ordumuz döyüşlər görmüş ordudur. Yalnız tarixi baxımdan deyil, Silahlı Qüvvələrimizin bugünkü mənsublarının da önəmli hissəsi bilavasitə döyüş görmüş hərbçilərdir. Bax, bu özü önəmli faktordur”. Bunu Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heytərinin üzvü Əkbər Qoşalı deyib.

Politoloq: "Rəsmi Bakı hələlik Paşinyana şans verir"

8 İyun 2018 12:12

“Paşinyan ermənidir. Erməni cəmiyyəti hər zaman faşist, ideoloji baxımdan qonşuların nəinki torpağına, hətta musiqisinə, mədəniyyətinə, mətbəxinə göz tikən xalq olublar. Bu cəmiyyət xəstə cəmiyyətdir. Rəsmi Bakı hələlik Paşinyana şans verir. Bu şansın limiti avqust ayında bitəcək. Yeri gəlmişkən iqtisadi və sosial tərəqqi şüarları ilə hakimiyyətə gələn çantalı kişi bugün parlamentdə hökumətin proqramını təqdim edib. Proqramda romantizmdən başqa heçnə yox idi. İslahatlarla və gələcək siyasi, sosial, iqtisadi kursla bağlı konkret heçnə. Özləri bilər. Bizi maraqlandıran Qarabağdır”. Bunu politoloq Zaur Məmmədov deyib.

Paşinyandan riskli addım: o, nəyə güvənir? - Politoloq

8 İyun 2018 12:06

Hazırda Ermənistanın siyasi mühiti çox həssasdır, dalğalıdır. Təbii ki, Paşinyan hakimiyyətdə nə qədər qalacağını demək mümkün deyil. Amma hazırda Ermənistanda baş verən proseslər dərinləşsə, onun gücü sarsıla bilər. Bu sözləri politoloq Fərhad Mehdiyev deyib. O bildirib ki, Paşinyanın oliqarxları təqib etdirməsi sırf onları öz tərəfinə çəkməklə bağlı deyil:

İnam Kərimov: "Kənd Təsərrüfatı Nazirliyinin qarşısında 3 əsas vəzifə qoyulub"

8 İyun 2018 11:58

"Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə sosial-iqtisadi göstəricilər yüksəlib". Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.