Çingiz Qənizadə AŞPA-nın Hüquq və İnsan haqları komitəsinə üzv seçildi

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Çingiz Qənizadə AŞPA-nın Hüquq və insan haqları komitəsinə üzv seçilib.

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Çingiz Qənizadə AŞPA-nın Hüquq və insan haqları komitəsinə üzv seçilib.

"Olaylar" xəbər verir ki, bu barədə məlumat qurumun saytında yer alıb. Xatırladaq ki, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdə olacaq. Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31