Aydın Quliyev: “Dünya və Ermənistan ən uzaqgedən mesajları Prezident İlham Əliyevin çıxışından aldı”

"Bakıda möhtəşəm hərbi parad günü erməni mediasındakı reaksiyaları xüsusi izlədik. Nümayiş olunan hərbi texnikanın və ciddi əsgər intizamın Ermənistan rəhbərliyinə hansı mesajları verdiyini tam görürük. Dünya və Ermənistan ən uzaqgedən mesajları Prezident İlham Əliyevin çıxışından aldı. Hamı gördü ki, Azərbaycan Prezidentinin "Qarabağ problemini hərbi yolla da həll edə bilərik" bəyanatının, arxasında real olaraq nələr dayanır. Hətta barıt belə istehsal edə bilməyən Ermənistan 1200 adda məhsul buraxan Azərbaycan Hərbi Sənaye Kompleksinin gücü barədə Prezident İlham Əliyevin bəyanatlarının üstündən rahatlıqla keçə bilməz".

Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Ayqın Quliyev bildirib.

Prezident Əliyevin bütün mülahizələrindəki inam və qətiyyət Ermənistan auditoriyasına və beynəlxalq daiərələrə təsirsiz ötüşmədyini xüsusi vurğulayan Ayqdın Quliyev bildirdi ki, işğal altındakı bütün torpaqlarda mili bayrağın qaldırılacağı, xalqımızın işğalla heç vaxt barışmayacağı, dünyanın Azərbaycanın haqlı olduğunu başa düşməsi, Ermənistanın beynəlxalq hüquq və beynəlxalq siyasət prinsipləri qarşısında təkləndiyi barədə prezidentin fikirlərindəki qətiyyətin böyük təsirlərinin olacağı şübhəsizdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31