Siyasət

Oklahoma ştatında Azərbaycan Günü 

9 İyun 2018 10:26

Oklahoma ştatının qubernatoru Meri Fallin (Mary Fallin) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bəyannamə imzalamışdır. Olaylar.az bildirir ki, bəyannamədə 1917-ci il Rus inqlabından sonra 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan etməklə Azərbaycan Demokratik Respublikasını qurduğu bildirilir. Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və Sovet Birliyi dağıldıqdan sonra 1991-ci il 18 oktyabr tarixində yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Prezident: "Təcavüzə son qoyulması üçün beynəlxalq təşkilatlar heç bir tutarlı addım atmayıb"

9 İyun 2018 10:16

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı sammitinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.