Araz Əzimov: "Məqsədimiz Əfqanıstana sülh və təhlükəsizlik gətirməkdir"

"Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu bu ölkədə sabitliyin qurulmasında böyük əhəmiyyətə malikdir".

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclasında deyib.

"Bu məsələdə yardım göstərdiyimizə və əməkdaşlıq etdiyimizə, bu məsələlərin həlli üçün birgə səylərimizi artmağımıza görə şadıq. Məqsədimiz regiona sülh və təhlükəsizlik gətirməkdir", - nazir müavini bildirib.

"Qardaş və dost ölkə üçün hər cür səy göstərdiyimizə görə şadam. Biz ümumi tarixi və mədəniyyəti bölüşürük. Ümid edirəm ki, gələcəkdə də bu qədər yaxın olacağıq. Əlbəttə, Əfqanıstan məsələsi üzrə başqa danışıq formatları da var və onların hər birinin öz əhəmiyyəti, dinamikası var. Bu platforma çox vacib siyasi platformadır. Onun məhsuldar olacağına ümidvaram", - A.Əzimov əlavə edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31