Avropadan ABŞ-la bağlı qorxunc ÇAĞIRIŞ: “Ən pis ssenariyə hazırlaşın!”
28 İyun 2018 06:56 Siyasət"Brüssel Vaşinqtonla dialoqda əlverişsiz ssenarilərə hazır olmalıdır".Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa Şurasının sədri Donald Tusk Avropa İttifaqının 28-29 iyun tarixindəki sammitinin iştirakçılarına göndərdiyi məktubda yazıb."İnadlı səylərimizə baxmayaraq, Qərbin birliyi və transatlantik münasibətləri saxlamaq prezident Donald Trampın siyasətinə görə böyük təzyiq altındadır", - o qeyd edib.Tuskun fikrincə, ABŞ və Avropanın fikir ayrılıqları ticarət çərçivəsindən kənara çıxır. Avropa Şurasının sədri ən yaxşı perspektivə ümid etsə də, "ən pis ssenarilərə" hazırlaşmağa çağırıb.Qeyd edək ki, ABŞ-ın polad və alüminiumun (müvafiq olaraq 25 və 10 faiz) idxalına əlavə rüsumları tətbiq etməsi Vaşinqtonla Avropa və Asiyadan olan əsas partnyorlarla münasibətləri pisləşdirib. ABŞ-ın qərarı cavab addımlarına səbəb olub. Bəzi ekspertlər ciddi ticarət müharibələrini proqnozlaşdırırlar.