Siyasət

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlir

27 İyun 2018 10:25

ABŞ dövlət katibinin köməkçisinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə birinci müavini Elis Uells 27-29 iyun tarixlərində Bakıya səfər edəcək. Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda bildirilir. Qeyd olunur ki, Uells Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

Azərbaycan XİN başçısının müavini Ermənistana gedəcək

26 İyun 2018 16:45

İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

İlham Əliyevdən İrəvana SƏRT MESAJ - Prezidentin hərbi paraddakı nitqinin TAM MƏTNİ

26 İyun 2018 14:58

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva paradda olublar.

İlham Əliyev: Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək

26 İyun 2018 14:17

"Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək".  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Bakıda keçirilən hərbi paradda söyləyib.

Küveyt baş naziri Azərbaycan Prezidentinə məktub göndərdi

26 İyun 2018 14:10

Küveyt Dövlətinin baş naziri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident.

İlham Əliyev: Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan nadir ölkələrdəndir

26 İyun 2018 14:09

"Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır".