Siyasət

Ramil Usubov: Təxribata çağıranlar haqqında tədbir görülməsi davam etdirilir

5 İyul 2018 06:45

Bəzi təxribata çağırışlar olur, həmin adamları müəyyənləşdiririk və qanun çərçivəsində onlar haqqında tədbir görülməsi davam etdirilir. Bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə zamanı deyib.

Qəzanın səbəblərini dəqiq müəyyən etmək üçün Ekspert Komissiyası yaradıldı

5 İyul 2018 06:43

“Mingəçevir şəhərində yerləşən “Azəenerji” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Azərbaycan” İstilik Elektrik Stansiyası Məhdud Məsuliyyəti Cəmiyyətinin yarımstansiyasının birində baş vermiş qəza ilə bağlı sizin tapşırığınıza uyğun olaraq, Azərenerji prezidenti Etibar Pirverdiyevlə iyulun 3-də səhər saat 8-də Mingəçevir şəhərinə gələrək hadisə yerində birlikdə baxış keçirdik”.

İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirildi (YENİLƏNDİ)

5 İyul 2018 06:28

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Müşavirəni açan Prezident İlham ƏLİYEV dedi: -Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdır. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Səhər mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur.

YAP üzvlərinin sayı 720 min nəfəri keçib

4 İyul 2018 17:08

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Arzu Nağıyev: "Diplomatik səylərdə işlər daha güclü qurulmalıdır”

4 İyul 2018 16:03

“Bolqarıstanın Azərbaycan, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırlanan reportajdan hiss olundu ki, bu ölkə ərazi bütövlüyümüzü dəstəkləyir”. Bu fikirləri siyasi-şərhçi Arzu Nağıyev deyib.

Musa Qasımlı: “Ermənilərin jurnalistə hücum etməsindən təəccüblənmək lazım deyil"

4 İyul 2018 15:31

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, onun gedişində törədilən soyqırımları və nəticələri barəsində Bolqarıstan televiziyasında proqramın hazırlanması cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi “Hücum diplomatiyası” taktikasının konkret nəticəsidir”. Bunu millət vəkili Musa Qasımlı deyib.