Nikol Bakının qara siyahısındakı şəxsə vətəndaşlıq verdi

Ermənistan Baş naziri Nikol Paşinyan Fransa parlamentinin eks-deputatı Fransua Roşbluanla görüşüb.

Bu barədə məlumatı Paşinyanın mətbuat xidməti yayıb. Paşinyan görüş zamanı Roşbluana Ermənistan pasportu verib. O, Roşbluanın Ermənistan vətəndaşlığını almasının Ermənistan-Fransa əlaqələrinin gücləndirilməsində eks-deputat üçün yeni stimul olacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, Roşbluan erməni lobbisi ilə sıx əlaqələri olan şəxsdir. O, Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışanlardan biri hesab edilir. Fransa-Qarabağ dostluq qrupunun sədri olan eks-deputat dəfələrlə Bakıdan heç bir icazə almadan Qarabağa səfərlər edərək, burada separatçı rejimin lideriylə görüşüb.

O, 2015-ci ilin mayından Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına salınıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31