Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31