Siyasət
Yohan N.Şnayder-Ammann: “Azərbaycanda özümüzü evinmizdəki kimi hiss edirik”
Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən İsveçrə investisiyalı inşaat kimyəviləri zavodu ilə tanış olub.
Əməkçi miqrantların ölkəyə gəlişi sadələşdirilir
Ölkədə “suyu bulandırmaq istəyən” qüvvələr fəallaşıblar
Məsuliyyətdən yayınmaq olmaz
Elman Məmmədov: “Azərbaycanın səbri sonsuz deyil"
Türkiyə prezidenti Azərbaycana gəlib
Prezident İlham Əliyev : "Hansısa yaramaz məmur pul naminə o yeri satır"
İlham Əliyev iki yeni müavin təyin etdi
Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin olunub. Azərbaycan prezidenti İlham Əliyevin iyulun 9-da imzaladığı sərəncamlarla Rəşad Məcnun oğlu Mafusov və Balarəhim Mirzəağa oğlu Quliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib.
Fond rəhbəri: "Yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar"
“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd ətrafında kimlərinsə suyu bulandırmaq, bu hadisəni daxili siyasi proseslərə proeksiya edərək divident qazanmaq, yaxud manipulyasiya etmək, ictimai rəyi yanıltmaq cəhdləri açıq hiss olunur. Çox təəssüf ki, keçmişin dərslərindən ibrət götürülmür və siyasi həvəskarların, ölkə kənarından hər fürsətdə işarə gözləyənlərin, situasiyadan asılı olaraq, Şimal yaxud Cənuba istiqamətlənənlərin, sərbaz, yaxud kazak çəkməsi həsrəti yaşayanların illüziyalarının bu ölkəyə necə baha başa gəldiyi unudulur”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Politoloq: “Çavuşoğlu Davudoğludan daha faydalı nazir oldu"
“Rəcəb Tayyib Ərdoğan Mövlud Çavuşoğlunu dəyişmədi, çox naziri dəyişdi, yenilərini gətirdi, ancaq xarici işlər nazirini yerində saxladı. Demək, Ərdoğan Çavuşoğlunun işindən razıdır və xarici siyasəti dayandığı yerdən davam etdirmək istəyir. Doğrusuna baxsaq, Çavuşoğlu Ərdoğan üçün pofessor Əhməd Davudoğludan daha faydalı nazir oldu. Çavuşoğlu Ərdoğanın xasiyyətinə bələddir və prezidentin istəyindən kənar addım atmır”. Bunu politoloq Elxan Şahinoğlu deyib.












