Azərbaycanda Çili səfirliyi açılacaq

Azərbaycanda Çili səfirliyi açılacaq.

Bunu Kolumbiyanin Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo Kolumbiyanın müstəqillik günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda Perunun səfirliyi açılıb, bu ilin ikinci yarısında isə Çili səfirliyinin açılması gözlənilir.

M.Qalindo deyib ki, Azərbaycan Latın Amerikası ölkələri ilə qarşılıqlı əməkdaşlığı inkişaf etdirir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31