Politoloq: "Dağlıq Qarabağ separatçısı İrəvana hansı mesajı göndərib?

"Dağlıq Qarabağ separatçılarının "müdafiə naziri" Levon Mnatsakyan iyulun 24-də Xankəndidə keçirdiyi mətbuat konfransında deyib ki, təmas xəttində görünməmiş sakitliyin hökm sürməsinə baxmayaraq, sentyabr və oktyabr ayında durumun gərginləşəcəyi istisna deyil. Erməni separatçılarının təmsilçisi onu da deyib ki, Azərbaycan ordusu təmas xəttində qoşun hissələrinin və hərbi texnikanın sayını artırır".

Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Levon Mnatsakyan mart ayından başlayaraq Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə hərbi təlimlərinin sayının artdığını da vurğulayıb: "Levon Mnatsakyanı bugünkü mətbuat konfransını keçirməkdə və məlum açıqlamaları səsləndirməkdə məqsədi var. Ona da aydındır ki, danışıqların nəticəsiz qaldığı indiki mərhələdə toqquşma ehtimalı artır. Ona görə də Dağlıq Qarabağ separatçılarının "müdafiə naziri" bugünkü açıqlamaları səsləndirməklə sanki İrəvana mesaj yollayır: "Mən ictimaiyyət qarşısında sizi xəbərdar etdim, hücuma məruz qala bilərik, bir şey olsa mənlik deyil". Erməni separatçı həm də onu demək istəyib ki, indiki nisbi sakitliyin arxasında böyük təhlükə gizlənir və Azərbaycan ordusunun təlimlərinin sayını artırmasında, tez-tez yerdəyişmələr etməsində ciddi planlar var. Levon Mnatsakyanın proqnozlarını doğrultmaq lazımdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31