Siyasət

Düşmən 96 dəfə atəşkəsi pozub

16 İyul 2018 11:38

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.

Turançılar bir arada-FOTOlar

16 İyul 2018 09:59

Rəşad Böyükkişiyev qumbara istifafə etməyə çalışarkən məhv edilib

15 İyul 2018 20:09

Daxili İşlər Nazirliyindən "Olaylar"a daxil olan məlumatda bildirilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovla bağlı yeni faktlar aşkarlanıb

15 İyul 2018 16:43

Hüquq mühafizə orqanlarından əldə edilmiş məlumata görə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilmişdir.

Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb

15 İyul 2018 11:00

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Prezident “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunu təsdiq etdi

14 İyul 2018 14:41

Prezident İlham Əliyev “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.