Paşinyanın Avropadakı “azərbaycanlı” pərəstişkarları

Doğulduğu torpağa qənim kəsilən belələri düşməndən daha təhlükəlidir

Son bir neçə ayda dünyada və yaxın ətrafda  baş verən proseslər Azərbaycanın regionda  gücünü bir daha ortaya qoydu. Bu gün ətraf ölkələrin hər birində milli valyutaların sürətlə dəyərdən düşdüyü bir vaxtda Azərbaycan manatının öz dəyərini qoruması bunu bir daha sübut etdi. Amma Azərbaycan hakimiyyətinin apardığı uğurlu siyasətdən qaynaqlanan bu iqtisadi güc, müstəqil və ardıcıl siyasi xətt düşmənlərimizi qıcıqlandırır. Azərbaycanın potensialı gücləndikcə, ölkədəki sabitliyi pozmağa çalışan xarici qüvvələr yerli əlaltıları vasitəsi ilə vəziyyəti qarışdırmağa çalışır. Təəssüf ki, bəzi antimilli ünsürlər də erməni lobbisinin təsiri altında onlara verilən istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Bu sırada həm ölkə daxilində, həm də Avropaya sığınaraq şəxsi mənafelərini hər şeydən üstün tutan "milli satqınlar"dan istifadə olunur. Əvvəl xain diplomat kimi ad çıxaran sabiq səfir Arif Məmmədov və hər zaman Azərbaycanın düşmənlərinin yanında yer alan Qənimət Zahidin təsisçisi olduğu AND (Azərbaycan Naminə Demokratiya - Azerbaijan needs democracy) təşkilatı daha çox fəallıq göstərirdisə, bu gün onlar ətraflarına yeni adamlar cəlb edirlər.  Avropadakı böyük güclər Azərbaycandan neft güzəştləri əldə etmək üçün onları alətə çevirib. Bir qarın çörəyə görə Vətəni də satmağa hazır olan bu adamlar isə hansı cinayəti törətdiklərinin fərqində deyillər. İndiyədək hətta öz yaxınlarının yanında belə hörməti olmayanlar indi sosial şəbəkələr vasitəsi ilə ölkədə inqilaba çağırışlardan, böyük dəyişikliklərdən danışırlar. 

Belələrindən biri bu gün Avropaya sığınan İsgəndər Səfərlidir. Bir zamanlar taksi sürücüsü işləyən İsgəndər indi Almaniyada özünü inqilabçı hesab edir.  Vətənə xəyanət yolunu tutan İsgəndər  Səfərli  özünü insanlara "İsko" ləqəbi ilə təqdim edərək sosial şəbəkələr vasitəsi ilə insanları inqilaba çağırır. Onun statuslarına baxanda da bu adamın psixoloji problemlərinin olduğu aydın görünür.

Avropaya sığınaraq 5-10 avro pul alıb tüfeyilli həyat tərzi sürən "inqilabçı"lardan biri də İbad Manafdur. Avropada özünü keçmiş "ANS" əməkdaşı kimi təqdim etsə də, əslində "Qızıl qaya" firmasına rəhbərlik edib. Nəinki bacarıqlı şirkət rəhbəri, heç normal ailə başçısı olmayan İbad Manafov Avropaya gedəndən sonra "demokratiya aşiqi"nə çevrilib. Maraqlı tərəf odur ki, Avropadakılar da ümidlərini ailəsinə belə normal baxa bilməyən belə  psixopatlara bağlayıb.

Bu gün Avropada fəallıq edənlərdən biri də KXCP üzvü Emil Quliyevdir. Azərbaycanda olduğu dövrdə işlədiyi mağazada oğurluq malların satışı ilə məşğul olan Emil Quliyev həm də vergidən yayınıb. Qanunlara əməl etməyərək ona hörmətsizlik edən Emil Quliyev indi də öz mahiyyətinə uyğun olaraq əhalini iğtişaşlara çağıraraq inqilab çağırışı edir. Amma onun sosial şəbəkədəki səhifəsinə baxanda da cinayətkarın demokratiya arzusunun da çox saxta olduğu görünür.

Müsavat Partiyasının üzvü İmran Rəsulzadə də bu gün Avropada oturub Azərbaycanın düşmənlərinə xidmət edənlərdən  biridir. Azərbaycanda olduğu zaman dövlətçiliyə xidməti özünə fəxr bilən "kameraman" indi qatı "demokrat" olub. Amma görünür vətənə dönük çıxan bu adamlar ancaq zahirlərini dəyişə bilirlər. Vətənə xəyanət yolunu seçib Almaniyaya sığınan İmran Rəsulzadə orada da tufeyli həyat sürür.

Doğulduğu torpağa xain çıxanlardan biri də Qəhrəman Əliyevdir. Azərbaycanda kiçik sahibkar kimi fəaliyyət göstərən Qəhrəman Əliyev sonradan vergidən yayındığı üçün qaçıb Avropaya sığınıb. Doğmalarını atıb qaçan Q.Əliyev  Avropaya sığınaraq xarici qüvvələrin əlaltısına çevrilib, 50-60 avro əldə etmək müqabilində vətənini satmağa hazırdır. Öz vətəninə xəyanət edərək dövlətin mənafeyini xarici havadarlarına satmaqdan çəkinmədiyi onun sosial şəbəkədəki fəaliyyətindən də görünür.

Fəaliyyətlərinə qısa nəzər salanda görünür ki, bu adamlar fərqli sahələrdə işləyib, müxtəlif bəhanələrlə Avropaya sığınsalar da, onları birləşdirən bir cəhətləri var. Bu gün Avropada oturub Azərbaycanın düşmənlərinə xidmət edən bu antimilli ünsürlər hətta geridə qalmış Ermənistanı Azərbaycana nümunə göstərir. Ermənistanda hakimiyyət dəyişikliyini demokratiya kimi təqdim edən bu üzdəniraqlar erməni lobbisinin yanında yer almaqla vətənlərinə xəyanət etmələrinin fərqində deyillər. Amma ümid edirik ki, Azərbaycanın hüquq-mühafizə orqanları onları sığınacaqlarından çıxarıb ədalət mühakiməsi qarşısına çıxararaq etdikləri cinayətə görə cavab vermələrini təmin edəcək.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31