Səfir: "Pakistanda baş verən heç bir siyasi dəyişiklik Azərbaycanla əlaqələrimizə təsir göstərə bilməz"
14 Avqust 2018 11:36 Siyasət"Azərbaycanla Pakistan arasındakı münasibətlər bütün istiqamətlər üzrə intensiv inkişaf edir".
Bunu jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.
"Bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. İslam Əməkdaşlıq Təşkilatında və BMT çərçivəsindəki birgə fəaliyyətimiz buna nümunə ola bilər. Pakistanda baş verən heç bir siyasi dəyişiklik. o cümlədən yaxınlarda keçirilmiş parlament seçkilərinin nəticələri Azərbaycanla əlaqələrimizə təsir göstərə bilməz", - səfir bildirib.
Diplomat qeyd edib ki, gələn il Bakı və İslamabad arasında birbaşa reyslər açıla bilər: "Bu, həm yaxın əlaqələrimiz, həm də Pakistandan Azərbaycana gələn turist axınının artması ilə əlaqədardır. Artıq Pakistanın bəzi aviaşirkətləri bu təşəbbüsə maraq göstərirlər".
"Report"