Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi
12:15 Siyasət"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib. "Olaylar" xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il noyabrın 20-dən dekabrın 15-dək keçirilmiş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul edilmiş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilib.
Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31