NATO rəsmisi Almaniya hökumətini alyansın mühərriki adlandırdı-ÖZƏL
11:40 SiyasətNATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç Almaniya hökumətini alyansın hərəkətverici qüvvəsi adlandırıb.
Olaylar.az xəbər verir ki, o, "Der Spiegel" jurnalına müsahibəsində Almaniyanın NATO-nun şərq cinahının, xüsusilə Litvanın təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.
Qrinkeviç Almaniya federal hökumətinin alyansın fəaliyyətinə mühüm töhfə verdiyini vurğulayıb. O, həmçinin Almaniya Silahlı Qüvvələrinin Baş Müfəttişi Karsten Breuerin NATO Hərbi Komitəsinin rəhbəri olacağından məmnunluğunu ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31