Finlandiya Finlandiya körfəzinin şərqi üzərində uçuş məhdudiyyətlərini aradan qaldırıb-ÖZƏL

Finlandiya hava nəqliyyatı dispetçerləri, məsuliyyət sahələri daxilində şərqi Finlandiya körfəzi üzərində əvvəllər tətbiq edilən uçuş məhdudiyyətlərini aradan qaldırıblar. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a hava nəqliyyatı idarəetmə xidmətindəki mənbə bildirib.

Agentliyin mənbəsi bildirib ki, "Finlandiya körfəzinin şərqi üzərindəki Finlandiya hava nəqliyyatı dispetçerləri tərəfindən nəzarət edilən ərazidə bu səhər tezdən tətbiq edilən məhdudiyyətlər artıq aradan qaldırılıb". O, 20 kilometrdən aşağı hündürlüklərdə uçuşların məhdudlaşdırıldığını xatırlatsa da, məhdudiyyətlərin səbəblərini açıqlamayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31