Azərbaycan üçün insan hüquqlarının ən böyük təntənəsi…- ÖZƏL

"10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü dünyada ədalətin, azadlığın və ləyaqətin rəmzi kimi qeyd olunur. Azərbaycan üçün isə insan hüquqlarının ən böyük təntənəsi torpaqlarımızın işğaldan azad olunması və Böyük Qayıdış prosesinin başlanmasıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib: "Uzun illər elementar yaşayış hüququndan məhrum edilmiş soydaşlarımız bu gün öz yurdlarına qürurla dönür. Bu tarixi ədalətin bərpası möhtərəm Ali Baş Komandanın qətiyyəti və xalqın sarsılmaz iradəsi sayəsində mümkün oldu. Qlobal nizama verilən bu real töhfə beynəlxalq hüququn kağız üzərində qalmadığını sübut etdi.
Bu gün Azərbaycan güclü dövlət kimi vətəndaşının hüquq və azadlıqlarını etibarlı şəkildə təmin edir. Azad məhkəmə, sosial təminat və hüquqi müdafiə mexanizmləri sistemli şəkildə gücləndirilir. İnsan hüquqları yalnız şüar deyil, dövlət siyasətinin əsas sütunlarından biridir. Böyük Qayıdış təkcə qayıdış deyil, həm də hüququn, ədalətin və tarixi həqiqətin zəfəridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31